Böyrək agrısının təbii mualicəsi

Böyrək agrısının təbii mualicəsi


Böyrək sancısı nədir ?
Sidiyin böyrəkdən sidik axarı ilə fasiləsiz şəkildə sidik kisəsinə axmasının hər hansı bir səbəbdən pozulması nəticəsində böyrək ləyəninin genişlənməsindən yaranan ağrıdır. Belə ki, əgər sidik axarı daşla tutularsa, böyrəkdəki sidik sidik kisəyə axa bilmir və böyrək ləyənini genişləndirir. Böyrək sancısının əsas səbəbi də məhz bu genişlənmədir. Böyrək sancısının ən çox müşahidə olunan səbəbi böyrək ləyəni daşları və sidik axarı daşlarıdır. Ona görə də xəstədə böyrək sancısının olması həkimi vadar edir ki, sidik daşı xəstəliyinin olması barədə düşünsün. Baxmayaraq ki, sidik axarı keçiriciliyinin kəskin pozulması ilə müşahidə olunan bir sıra digər hallarda da böyrək sancısı yarana bilər.




Böyrək sancısı aşağıdakı səbəblərdən yarana bilər
Böyrək sancısı müalicə, böyrək daşının səbəbi, böyrəkdə duzlar, kristallar, böyrəkdə genişlənmə, uroloq Ziyad Əliyev Bakı Azərbaycan.

Qan laxtası, irin, selik yığıntısı, böyrək vərəmində kazeoz kütlə ( vərəm zamanı böyrək toxumasının dağılması, destruksiyası ilə əlaqədar yaranan kütlə ) ilə sidik axarının mənfəzi tutularsa. Həmçinin, şiş xəstələrində dağılma mərhələsində olan şişin hissələri, kistanın divarından qopan hissələr sidik axarı mənfəzini tuta və böyrək sancısı verə bilər. Sidik axarının nəzərəçarpacaq qatlanması ( əyilməsi ) ilə müşahidə olunan böyrək sallanması, xaricdən şiş toxuması yaxud böyümüş limfa düyününün sidik axarını saxması və keçiriciliyinin pozulması nəticəsində də böyrək sancısı müşahidə edilə bilər. Travma nəticəsində böyrək kapsulası altında hematomanın yaranması, böyrək venasının trombozu ilə əlaqədar böyrəkdən gedən venoz qanın lənginməsi nəticəsində də böyrək
[1] 2 3 >>
Cəmi 679 nəfər oxuyub
Bəyənən (99) | Bəyənməyən (95)
Dostlarınla Paylaş

Saytda 87 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023