Bu gün 7 məqalə əlavə olundu
Geniş Kitabxana
Böyrək daşının təbii müalicəsi
Daş yaxud digər maneə sidik axarının orta 1/3 – də yerləşirsə ağrı həm böyrəkdə, qismən qabırğaaltı nahiyyədə, sidik axarı böyunca qarının müvafiq tərəfində müşahidə və cinsiyyət orqanlarına ötürülür. Sidik axarının aşağı 1/3 – nin daşları qarının müvafiq tərəfində və qasıq hissədə, sidik kisə proyeksiyasında olur, budun icəri səthinə, müvafiq tərəf cinsiyyət orqanlarına irradiasiya edir. Sadalanan ağrılar sidik ifrazı ilə əlaqədardırsa, yaxud sidik ifrazı zamanı artırsa və kişilərdə cinsi orqanın başına, qadınlarda xarici cinsiyyət orqanlarına ötürülürsə böyük ehtimalla daş sidik axarının aşağı 1/3 də, daha doğrusu sidik axarının sidik kisəyə açılan hissəsindədir. Daş nə qədər aşağıda yerləşərsə sidik ifrazı ilə əlaqəli əlamətlər daha kəskin və qabarıq olar. ( Böyrək daşı – sidik axar daşı – böyrək sancısı )

Böyrək sancısı zamanı ağrının kəskinliyi sidik axarı mənfəzinin keçiriciliyinin nə drəcədə pozulmasından asılıdır. Böyrək sancısı həmişə kəskin başlayır və elə şiddətli olur ki hətta pasient ağrının intensivliyindən panikaya düşüb huşunu itirə də bilir. Adətən sancının şiddətindən xəstə bir yerdə qala bilmir, uzandığı yerdə qıvrılır, bükülür, gah ayağa qalxır gah uzanır və heç bir vəziyyətdə sakitləşmir. Sancının davametmə müddəti adətən 30 – 40 dəq ərzində olur və təqribən 30 – 40 dəq fasilələrlə yenidən təkrarlanır. Bu hal daha çox sidik axarına düşmüş daşın yaxud digər maneənin ( qan laxtası və.s ) miqrasiyası, yerdəyişməsilə əlaqədərdir. Bir sıra hallarda isə ağrı çox kiçik fasilələrlə bir neçə dəfə şiddətli təkrarlanır.

Daş sidik axarını tam tutarsa nə olar ?
Bəzən sidik axarının mənfəzini bir neçə konkrement ( daş və . s ) yaxud amorf duzlar tutur, belə halda isə daşlardan biri düşdükdə nisbətən yüngülləşmə olsa da yenidən təkrari sancı başlayır. Böyrək sancısı olan xəstələrdə çox tez – tez sidikdə qan aşkarlanır. Sidikdə qanla müraciət edən xəstələrin böyük əksəriyyətində də böyrək daşı aşkarlanır. Əgər sidikdə qanın olması böyrək sancısından sonraya təsadüf edirsə deməli böyük ehtimalla sancının səbəbi daşdır. Əksinə olaraq, sidikdə qan sancıdan əvvəl yaranıbsa böyük ehtimal var ki, böyrək sancısının səbəbi sidik axarının qan laxtası yaxud kazeoz kütlə ( böyrək vərəmi zamanı böyrək toxumasının dağılması, destruksiyası zamanı yaranan kütlə ) tutulmasıdır. Belə hallar daha çox dağılma mərhələsidə olan böyrək şişləri və böyrək vərəmi zamanı rast gəlinir.

Böyrək sancısı yuxarıda sadalanan xarakter əlamətlərinə görə qarın boşluğu orqanlarının kəskin cərrahi xəstəliklərindən fərqlənir. Bəzən ağrı daha şiddətli olduqda xəstədə həzm sistemi şikayətləri yaranır, bunlara ürəkbulanma, qusma, qəbizlik, bağırsaq keçməməzliyi əlamətləri və . s . aiddir.

Bir sıra hallarda, daş sidik axarının aşağı 1/3 – də olduqda xəstədə tez – tez nəcis ifrazına çağırışlar olur. Lakin xəstədən, yaxud yaxınlarından ağrının xarakteri ilə bağı soruşduqda məlum olursa ki, ağrı qəfildən yaranıb, xəstənin vəziyyətinin dəyişməsilə ağrının intensivliyində ciddi bir fərq yoxdur, yaxud ağrı qəfildən yox olursa deməli daha çox böyrək sancısından şübhələnmək lazımdır. Ağrının bu xarakteri sidik axarına düşmüş daşın yerdəyişməsi və bununla da sidiyin böyrəkdən sidik axarına axmasının müvəqqəti təmin olunması ilə əlaqədardır. Böyrək sancısı adi sakit vəziyyətdə olduqda da yarana bilər. Lakin əksər hallarda böyrək sancısı kəskin hərəkətlərdən, fiziki işdən, hoppanma, tullanmadan sonra, qaçmaqdan, kələ – kötür yolda hərəkət etməkdən, silkələnmədən və . s sonra yaranır.

Böyrək sancısı zamanı xəstənin müayinəsi.
Sorğu məlumatları.

Böyrək sancısı diaqnozunun dəqiqləşməsində xəstədən soruşulan anamnez məlumatlarının böyük əhəmiyyəti vardır.



Aydınlaşdırmaq lazımdır əvvəllər belə sancılar olub ya yox
Sidik daşı ilə əlaqədar heç müayinə olunub ya yox
Daş düşürtmə halları ( spontan – öz-özünə ) olub ya yox
Ailə üzvlərində böyrək daşı xəstəliyinin yaxud böyrək sancısının olması
Böyrək yaxud sidik yoları xəstəliklərindən müalicə alıbmı
Böyrək nahiyyəsindən travma alıb ya yox
Böyrək sancısı müalicə, böyrək daşının səbəbi, böyrəkdə duzlar, kristallar, böyrəkdə genişlənmə, uroloq Ziyad Əliyev Bakı Azərbaycan.

Adətən böyrək sancısı olan pasientlərdə ilk olaraq döyəcləmə ( Pasternatski ) simptomu yoxlanılır. Xəstə ayaqüstü yaxud oturaq vəziyyətdə arxası həkimə tərəf durmaqla həkim ağrı olan tərəfə yumruğunun kənarı ilə mülayim dərəcədə ( ehmalca ) döyəcləyir. Bu zaman kəskin ağrının olması və sancının yaranması xəstədə böyrək sancısı olması barədə düşünməyə əsas verir. Lakin müasir zamanda təkcə döyəcləmə simptomunun müsbət olmasına görə xəstədə böyrək sancısı olduğunu demək düzgün olmaz. Çünki bizim imkanlarımız daxilində ən azından sidiyin ümumi analizi və usm müayinəsi olunmalıdır. Yalnız bundan sonra daş müəyyən olunarsa lazımi müalicə təyin olunmalıdır.

Böyrək sancısı zamanı KT və USM
Böyrək sancısı müalicə, böyrək daşının səbəbi, böyrəkdə duzlar, kristallar, böyrəkdə genişlənmə, uroloq Ziyad Əliyev Bakı Azərbaycan.
1. Sağ və sol böyrəkdə daş. 2. Sağ sidik axarında daş.

Əgər sidik analizinə və usm nəticəsinə əsasən daşa şübhə olmasına baxmayaraq, daş və onun yeləşdiyi nahiyyə müəyyən olunmursa bizim köməyimizə KT ( kompuer tomoqrafiya ) gəlir. KT müayinədə biz nəinki daşın özünü görə bilirik, hətta onun ölçüsünü, formasını, sıxlığını və bunlara əsasən də daha optimal müalicə metodunu seçə bilirik. Şəkildəki KT müayinənin nəticəsində hər iki böyrəkdə ( 1 ) və sağ sidik axarında ( 2 ) daş olduğu göstərilmişdir.

Sidiyin ümumi analizində daşla əlaqədar olan böyrək sancısı üçün daha çox xarakter hesab olunan sidikdə dəyişilmiş və dəyişilməmiş eritrositlərin olmasıdır. USM – də əksər hallarda daşı müəyyən etmək olr. O hallarda ki, USM – də daşı təyin etmək olmur yaxud daş olub olmamasına şübhə olduqda KT müayinəsi edirik. Əgər KT müayinədə də daş müəyyən ounmursa böyrək sancısını verə bilən digər səbəblər araşdırılır. Belə olduqda müxtəlif kombinasiyada digər müayinə metodları aparılır, zərurət olduqda ekskretor uroqrafiya yaxud MRT ( maqnit rezonans tomoqrafiya ) müayinəsi edilir. Böyrək sancısını aşağıdakı xəstəliklərdən fərqləndirmək lazımdır. Appendisit, öd daşı xəstəliyi, boru hamiləliyi, yumurtalıq kistasının burulması, boğulmuş yırtıq, bəzən də pankreatit və 12 – barmaq bağırsaq xoraları ilə fərqləndirmək lazım gəlir.
Cemi 18 nefer oxuyub
Beyen(2) | Beyenme(2)
Paylaş:
Qarışıq Məqalələr
Dostlarınla Paylaş

Böyrək daşının təbii müalicəsi - Qarışıq Məqalələr | Tatli.Biz
Böyrək daşının təbii müalicəsi məqaləsini oxumaq üçün daxil olun
Böyrək daşının təbii müalicəsi, Qarışıq Məqalələr, Geniş kitabxana, məqalələr, Whatsapp Plus 2021, İnstagram Plus, Youtube Plus, Mobil, Pulsuz, Azeri, Whatsapp, Watsap, Bedava, Izle, Indir, tatli.biz MP4, 3GP, Instagram plus, Plus, Toy Gecesi, Azyasli, Youtube plus, Whatsapp Yukle, mahnilar, video yukle, videolar, watsap pulus

Saytda 61 nəfər

Mp3 Axtar, Video Axtar, Şəkil Axtar, Məlumat Axtar, Kinolar, Seriallar, Android Dünyası, Hansı gün doğuldun?, Instagram-dan video(şəkil) yüklə, İşığa borcunu öyrən, Qaza borcunu öyrən, Suya borcunu öyrən, Whatsapp Plus 2021, Instagram Plus, Youtube Plus, Online Dərsliklər, Inşalar toplusu, Atalar Sözləri və Məsəllər, Geniş Kitabxana, Qadın Dünyası, Bürclərin Sirri, Islam Aləmi, Aforizmlər - Dahilərin sözləri, Online Xəritə, Koronavirus canlı izlə(COVID-19, II Dərəcə Tənlik Hesabla, Futbol Nəticələri, Idman Xəbərləri, Namaz vaxtları, Valyuta Məzənnəsi, Valyuta Hesabla, Webmoney Hesabla(WMR), Online Tərcümə, Tapmacalar, Bürc-il Yoxla, Doġum gününü hesabla, Ideal çekini hesabla, Imtahan nəticələrini hesabla, Mətni Fərqli Yaz, X - O Oyunu, Dama Oyunu, Online Sehr, Online Hesablayıcı, Mp3 Məlumatını Dəyiş, Silinmiş şəkillərin geri qaytarılması, Wap+Web Skaner, Domen Yoxla, IP Axtar, Qrab Yarat, Kodlaşdırma, Simvol Kodları, Hərf Kodları, Rəng Kodları, Saytın şəklini çek, Telefon modelini dəyiş, Smayl düzəlt, Icon düzəlt, Button düzəlt, Lətifələr, Qurani Kərim - Səsli(Azərbaycanca), Qurani Kərim - Səsli(Türkcə), Qurani Kərim - Səsli(Rusca), Qurani Kərim - Səsli(Ərəbcə), Nağıllar, Dərman Axtar(Qiyməti), Tanınmış Simalar, Maraqlı Məlumatlar, Moda - Gözəllik, Sağlamlıq, Ailə və Uşaq, Show Biznesdən xəbərdar olmaq üçün bizi izləyin, Show Biznes, Qarışıq Xəbərlər, Online Foto, Ən Son Xəbərlər, Koronavirusla Mübarizə Testi
xml | xml2 | html | ror | wikipedia | media

©Tatli.Biz 2010-2021