Böyrək sancısının müalicəsi

Böyrək sancısının müalicəsi


Böyrək sancısı müalicə
Böyrək sancısı olan xəstə mütləq hospitalizasiya edilməlidir. Sancının səbəbi dəqiqləşdirilməli və adekvat müalicə təyin olunmalıdır. Sancının səbəbi dəqiqləşdirilənə qədər əsasən ağrıkəsicilərdən istifadə olunur.

Böyrək sancısı müalicə, böyrək daşının səbəbi, böyrəkdə duzlar, kristallar, böyrəkdə genişlənmə, uroloq Ziyad Əliyev Bakı Azərbaycan.
Sidik axarında olan daşın daşın lazerlə parçalanması.

Əgər dəqiqləşdirilsə ki, sancının səbəbi daşdır, müalicəni isti proseduralardan başlamaq lazımdır, isti vanna, qrelka. İsti vannada uzandıqda yaxud 25 – 30 dəq qrelka qoyduqda böyrək nahiyyəsinə, bədən ümumilikdə rahatlanır. İstidən dəri və dərialtı damarlar genişlənir, hətta böyrək qan dövranı artır, sidik axarları genişlənir. İsti proseduralarla yanaşı sidik axarlarının əzələlərinin tonusunun azalmasını, boşalmasını, genişlənməsini təmin edən və iltihab əleyhinə dərman preparatlarından istifadə etmək lazımdır. Əgər sancı kəsilməsə mütləq sidik axarına stent qoyulmalıdır ki, böyrəkdəki sidik, sidik kisəsinə rahat boşalsın və bir neçə gündən sonra endoskopik yolla ( çox yüksək dəqiqlikli görüntü verən kamera ilə təchiz olunmuş endoskopla sidik kanalından keçməklə ) daş parçalanıb çıxarılmalıdır.

Sidik daşı xəstəliyinin müalicəsi demək olar ki, bütün hallarda endoskopik üsularla aparılır. Sidik kisə və sidik axarı daşları sidik kanalından keçməklə parçalanır , böyrək daşları isə bel nahiyyəsində 1sm – lik dəlikdən keçməklə.

Hörmətli pasient, sidik daşı ( böyrək daşı xəstəliyi ) haqqında ətraflı məlumatı aşağıdakı linkdə oxuya bilərsiniz.
Cəmi 456 nəfər oxuyub
Bəyənən (89) | Bəyənməyən (91)
Dostlarınla Paylaş

Saytda 74 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024