Düşbərə respti

Düşbərə respti


Qızıma nə vaxt soruşsam ki, nə bişirimim, cavabı eynidir – Düşbərə! Ən sevdiyi yeməyi düşbərədir. Gecə-gündüz təkcə düşbərə yeməyə hazırdır. Təəssüf ki, vaxtımın darlığından və düşbərənin az müddətdə hazırlana biləcək yemək olmadığından, düşbərəni tez-tez bişərə bilmirəm. Amma fürsət tapdıqca bişirməyə çalışıram.

Düşbərənin suyu əslində sümüklü qoyun ətini qaynadıb süzməklə hazırlanır. Düşbərələr bu ət suyunda bişir. Müasir mətbəxdə isə qoyun əti suyundan bir o qədər çox istifadə olunmur. Bunu əvəzinə müxtəlif üsullarla dadlandırılmış adi su istifadə olur. Bizim ailədə düşbərənin suyu soğança-tomatla dadlandırılır. Bu, mənim ən çox bəyəndiyim variantlardandır, və bunun reseptini sizinlə burada bölüşəcəyəm.

Düşbərənin suyunu qaynayan suya bir az doğranmış pomidor əlavə edərək də hazırlaya bilərsiniz. Və ya, pomidorsuz, sadəcə bir az tomat, və ya sarıkök, və yaxud da ki, azacıq zəfəran suyu əlavə edərək. Bunlar asan əmələ gələn işlərdir. Əsas odur ki, bir qaşığa 7-10 düşbərə yerləşdirə biləsiniz. Onda olacaqsınız əsl düşbərəçi. Bunun üçün düşbərələrinizi bacardığınız qədər balaca edin.

DÜŞBƏRƏ

4 – 6 porsiya üçün nəzərdə tutulub

Ərzaqlar

Xəmir Üçün:

2 stəkan əla növ un
½ çay qaşığı duz
1 yumurta
2/3 stəkan ilıq su

İçi Üçün:

250g çəkilmiş qoyun və ya mal əti, və yaxud ikisinin qarışığı
1 ədəd kiçik baş soğan – xırda-xırda doğranmış
½ çay qaşığı duz
¼ çay qaşığı istiot


Suyu Üçün:
3 xörək qaşığı duru yağ və ya kərə yağı
1 ədəd kiçik baş soğan – xırda-xırda doğranmış
1 xörək qaşığı tomat
zövqə görə duz
8 stəkan su


Üstünə səpmək üçün:
xırda-xırda doğranmış təzə keşniş və ya quru
[1] 2 >>
Cəmi 550 nəfər oxuyub
Bəyənən (89) | Bəyənməyən (94)
Dostlarınla Paylaş

Saytda 118 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024