Yumşaq Ballı tort resepti

Yumşaq Ballı tort resepti


BALLI TORT

ADDIM 1 – Kremi hazırlayın

Qeyd: Krem bir həftə əvvəl hazırlanıb lazım olana qədər soyuducuda saxlana bilər.

Krem üçün:
2 banka qatılaşmış süd (bişirdikdən sonra bir yarım bankadan istifadə edəcəksiniz)
300 q kərə yağı

Bankaları qazana qoyun. Qazanı bankaların üstünü örtənə qədər suyla doldurun. Qoyun 2 saat ərzində bişsinlər. Qazandakı su çəkildikcə bir kənarından qaynar su tökün. 2 saat sonra qazanı kənara çəkin. Qoyun bankalar suyun içində 5 dəqiqə qalsın. Sonra suyunu boşaldın, amma bankaları açmayın, yoxsa partlayarlar! Qoyun bankalar otaq hərarətində olana qədər soyusunlar. Sonra açın.

Bir qabda yağı mikserlə ağaranadək çalın. Sonra isə soyumuş qatılaşmış südün bir banka yarımını yağın üstünə əlavə edib bir az da çalın. Çox çalmayın, yoxsa krem çürüyər. Kremi soyuducuya qoyun və xəmirin hazırlanmasına keçin.



ADDIM 2 – Xəmiri hazırlayın

Xəmir üçün lazım olan ərzaqlar:
3 yumurta
1 stəkan şəkər tozu
3 xörək qaşığı bal
100 qram kərə yağı
1 çay qaşığı soda
3 -3.5 stəkan un

Yumurta və şəkəri istiyə dayanıqlı bir kasaya və ya bir qazana qoyun və qarışdırın. Bunlara bal və kərə yağı əlavə edin. Ayrı qazanda su qaynadın. Yumurtalı kasanı və ya qazanı su qaynayan qazanın üstünə yerləşdirin. Su üstdəki qaba dəyməməlidir. Su qaynamağa davam etsin, siz isə dayanmadan üstdəki kasadakı ərzaqları qarışdırın ki, ərisinlər. Təxminən 5 dəqiqə ərzində.

Sonra qarışdırmağa davam edərək, bu kütləyə sodanı da əlavə edin. Kütlə bir qədər ağaracaq və qabaracaq. Təxminən yarım dəqiqə ərzində qarışdırıb kasanı oddan kənara çəkin. Kütləyə 3 stəkan unu tədricən və az-az əlavə edərək qarışdırın. Xəmir bir qədər əlinizə yapışırsa, bu normaldır. Xəmir soyuduqdan sonra bərkiyir, odur
[1] 2 3 >>
Cəmi 525 nəfər oxuyub
Bəyənən (94) | Bəyənməyən (78)
Dostlarınla Paylaş

Saytda 36 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024