Uşaqlar üçün nağıl.Ağıllı bir uşaq

Uşaqlar üçün nağıl.Ağıllı bir uşaq


Bir zamanlar balaca bir uşaq məktəbə başlamış. Çox balaca bir uşaq imiş. Məktəbsə böyük bir məktəb imiş. Lakin balaca uşaq bağça tərəfdən sinifə yeriyərək gedə biləcəyini öyrənəndə xoşbəxt olmuşdur. Bundan sonra məktəb ona əvvəlki qədər böyük görünməməyə başlamış.

Bir səhər balaca uşaq məktəbdəykən müəllimi səslənmiş: “Bugün bir gül rəsmi çəkəcəyik”.Balaca çox sevinmiş. Şəkil çəkməyi çox sevirdi. Hər çür şəkil çəkə bilirmiş. Aslanlar, şirlər, toyuqlar, qatarlar, gəmilər.. Sulu boyalarını çıxartmış və başlamış şəkil çəkməyə.Lakin müəllimi: “Gözləyin, hələ başlamayın!” deyə qışqırmış. Və hər kəs hazırlaşana qədər gözləmişlər. “İndi...” demiş müəlimi, gül şəkli çəkəcəyik. Balaca uşaq çox sevinmiş. Gözəl güllər çəkməyə başlamış. Çəhrayı, narıncı, mavi, rəngarəng çiçəklər...

Ancaq müəllimi “Gözləyin, mən sizə necə edəcəyinizi göstərəcəm” demiş. Lövhəyə bir gül şəkili çəkmiş. Budağı yaşıl, gövdəsi qırmızı imiş. “Bax belə. Yaxşı, indi başlaya bilərsiniz” söyləmiş.
Balacamız müəlliminin çəkdiyi çiçəyə baxmış, sonra da öz çəkdiyinə. Özünün çəkdiyi gülü daha çox sevmiş, lakin bunu müəllimə deməmiş. Kağızın digər üzünü çevirmiş və müəllimi çəkdiyi çiçəyə oxşar bir şəkil çəkmiş: yaşıl budaqlı, qırmızı rəngli bir çiçək...

Başqa bir gün uşaq qapını özü açmağı bacardığı zamanda müəllimi: “bugün xəmir hazırlayacayıq” demiş. Balaca uşaq çox sevinmiş, xəmirlə oynamağı çox sevirdi. Xəmirdən müxtəlif şeylər hazırlaya bilirmiş; ilanlar, şaxta babalar, fillər, pişiklər, maşınlar.. Xəmirini yoğurmağa başlamış.
Lakin müəllimi: “Gözləyin! Hələ başlamayın” deyə yenə qışqırmış. Hər kəs hazırlaşana kimi
[1] 2 3 >>
Cəmi 736 nəfər oxuyub
Dostlarınla Paylaş

Saytda 109 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024