Uşaqlarda qızdırma,hərarət yuksək olarsa nə etməli

Uşaqlarda qızdırma,hərarət yuksək olarsa nə etməli


Uşaqlarda qızdırma: Hərarət 38 dərəcədən azdırsa... - Pediatrdan ÇAĞIRIŞ
Uşaqlarda hərarətin yüksəlməsi ən çox həyacan doğuran hallardan biridir. Xüsusilə pandemiya dövründə azyaşlılarda qızdırma mövzusu daha da həssaslaşıb. Temperaturda dəyişiklik olan kimi çoxları koronavirusa yoluxmadan şübhələnir.

pediatr, uzman həkim Ülvi Əliyev də bununla bağlı valideynlərə çağırış edib. Onun sözlərinə görə, son günlər ən çox verilən suallar uşaqlarda hərarətlə bağlıdır. "Uşağın qızdırması 37,3-dür nə edək?","Uşaq qızdırır, hərarəti 37,5 olur","Başı istidir "və s. kimi suallar daha çox səslənir.

Pediatr bildirib ki, COVID pandemiyası hamının psixologiyasına təsir edib, ruhi tarazlığı pozub, əsəbləri tarıma çəkilib: “Bu nöqteyi-nəzərdən ən qiymətli varlıq olan uşaqlarımızın qeydinə qalmaq hamının borcudur. Bədən temperaturu gün ərzində orqanizmin vəziyyətindən asılı olaraq (yuxu, oyanıqlıq, yemək yemə, yatma və s) tez-tez dəyişir. Temperaturun ölçülmə üsulu da əhəmiyyətlidir, ən az termometr 4 dəqiqə qoltuqaltında (və ya ağızda) saxlanmalıdır. Hərarəti timpanik zardan (qulaqdan) ölçərkən qulaqda yerli iltihab, probka olduqda yanlış nəticə alına bilər. Uşaqlarda yuxarıda qeyd edilən temperaturların qızdırma olmadığını bir daha bildirmək istəyirəm. Yalnız 3 aya qədər körpələrdə əlamət varlığında 37,5-dən yuxarı temperatur hərarət hesab edilə bilər. Qalan hallar qızdırma sayılmır. Uşaqlarda qızdırma 38 dərəcə və ondan yuxarı rəqəmlərdir. Rahat olun və uşağınızı klinikalarda çox gərəksiz müayinə və analizlərə məruz qoymayın”.
Cəmi 584 nəfər oxuyub
Bəyənən (97) | Bəyənməyən (107)
Dostlarınla Paylaş

Saytda 126 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023