Üşütmə və qızdırma zamanı nə etməli

Üşütmə və qızdırma zamanı nə etməli


Bu barədə məlumat verən paytaxtdakı 20 nömrəli uşaq poliklinikasının həkim-pediatrı Hafizə Məmmədova deyib: “Bədən temperaturunun yüksək olması xəstəliyin törədicisindən, orqanizmin müqavimətindən və xəstənin yaşından asılıdır. Çünki temperatur orqanizmin infeksiyaya qarşı mərkəzi sinir sisteminin iştirakı ilə verdiyi cavab reaksiyasıdır. Mövsümi xəstəliklər, məsələn, virus xəstəlikləri və həyat üçün daha təhlükəli xəstəliklər bədən temperaturunun yüksəlməsi ilə yanaşı gedir. Lakin temperaturun yüksəkliyi heç də həmişə xəstəliyin ağır və təhlükəli olmasını göstərmir. Bir yaşından beş yaşına kimi uşaqlarda angina, soyuqdəymə, kəskin virus infeksiyaları: qrip və s. kimi adi xəstəliklər zamanı və daha ciddi xəstəliklərdə temperatur 40 dərəcəyə kimi, bəzən daha yüksək ola bilər. Təhlükəli infeksiyalarda əksinə, temperatur 38, bəzən daha az olur. Adətən uşaqda temperatur bir az yüksələn kimi valideynlər onu aşağı salmağa çalışırlar, halbuki yüksək temperatur zamanı xəstənin qanında əmələ gələn interferon viruslara öldürücü təsir göstərir. Ona görə də xəstəlik zamanı temperaturu salmağa tələsmək düzgün deyil.
Yalnız temperatur 38,5 və daha yüksək olanda onu aşağı salmaq məsləhətdir. Uşaqda nə vaxtsa, bir dəfə olsa da, yüksək temperatur zamanı qıcolma tutması baş veribsə, ona ciddi nəzarət etmək və 37,5-dən yüksək olmasının qarşısını almaq lazımdır. Çox vaxt uşaqlarda yüksək qızdırma zamanı bəzi valideynlər, xüsusən gənc analar onunla necə mübarizə aparmağı bilmirlər”.
Həkim-pediatrın dediyinə görə, qızdırma ilə mübarizə üsulları onun növündən asılıdır. Üşütmə olması, dərinin solğunluğu, əl və ayağın soyuqluğu ağ hipermiya və ya ağ qızdırma adlanır. Belə halda uşağı yatağa uzatmaq, üstünü
[1] 2 >>
Cəmi 580 nəfər oxuyub
Bəyənən (104) | Bəyənməyən (94)
Dostlarınla Paylaş

Saytda 98 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024