Sən bitdin mənim üçün

Sən bitdin mənim üçün


Sənsiz keçən illərim vardı, heç bir şey ağrıda bilməmişdi
məni bu cür. Yenə tək yenə ümidsiz və yenə çarəsizdim
mən. Əskik idin amma kim idin ki sən. Əhəmiyyətsiz
hesab edirdim hətta. Kim olduğunu bilmədiyim halda
qaçırdım səndən. Yasamadan anlamaq belə çətinmiş
məgər.. və sən qarşıma çıxdın yenidən. İlk günlərdə
xoşbəxt idim mən də. Xoşbəxtəm deyirdim hər qarşıma
çıxana o qədər vaxtdan sonra mən də xoşbəxtəm. Hər
kəsə, hər şeyə, bütün yaşanmışlara baxmayaraq xoşbəxt
idim. Yavaş yavaş anladım sənin üçün heç bir şey ifadə
etmədiyimi..
Və başlamalı idi artıq mübarizəm. Nə qədər çətin olsa da
səndən imtina etməliydim. Gecələr səhərədək günlərlə
ağladım amma bacara bilmədim səndən bir addım belə
uzaqlaşa bilmədim. Və həmişə bir gün sənin başqasına
aşiq olacağından qorxaraq yaşadım. Həmişə bu sondan
qaçdım. Və gördüm ən sonda. Sən başqasına aşiq idin.
Mən sənə sən ona.. həyat deyilmi? Hər insana başqa
üzünü göstərir. Bu andan sonra bitməli idin mənim üçün
uzaqlaşmalıydım səndən çıxmalı idin həyatımdan.
Gözlərinə baxdıqca daha çox ağrıyırdı içim. Səndən nifrət
edirəm deyə qışqırmaq istəyirdim gözlərinə baxaraq..
sonra da saatlarla çiyinində hıçqıra hıçqıra ağlamaq.
Davamlı düşündüm məni sənə çəkən nədir deyə. Heç bir
şey tapa bilmədim bəlkə də buna görə bu qədər çox
sevirdim səni. Və gözyaşlarımla bəzədiyim bu yazım
sənin üçün idi.
Cəmi 2216 nəfər oxuyub
Bəyənən (581) | Bəyənməyən (372)
Dostlarınla Paylaş

Saytda 97 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023