Ey vətən şeiri

Ey vətən şeiri


Ey Vətən
(9 hecalı qoşma)

Ey Vətən, köksün dərd axarı,
Ah-naləmə dilim yetməyir.
Aşır məni, məndən yuxarı,
İstəsəm də əlim yetməyir.

Hər ağrın-acın dünya boyda,
Məlhəm edəmmirəm, nə fayda…
Gəl, bu yalanlara az uy da,
Yumaq üçün selim yetməyir.

Bunca yükü daşımaqdansa,
Hər gün yara qaşımaqdansa…
Talıboğlu, yaşamaqdansa,
Uğrunda, bil, ölüm yetməyir.

18.09.2020

Mən şeir yazmıram

Mən şeir yazmıram
baş qatmaq üçün.
(Abay Kunanbayev)

Mən şeir yazmıram…
anları öldürüb
gün yırtmar üçün,
ötürüb gərdişi boşu-boşına,
zamanın bətnindən
hey sırtmaq üçün…
Mən şeir yazmıram…
şöhrətin peşində çapam atımı,
ucalıb göylərə
zirvə fəth edəm,
ya da qanıq köpəklər tək
kiməsə yalmanıb
yersiz mədh edəm…
Mən öz dərdlərimdən öncə,
buncalıq arxada buraxdığım
ayca, güncə
bələnə-bələnə…. sarına-sarına
dərddən geydiyim kürkə
yazıram daha çox
qoynunda doğulduğum,
mayasından yoğrulduğum
Vətən torpağının
ağrı-acısından,
dərd-sərindən…
Yana-yana
hərf-hərf, heca-heca, söz-söz,
misra-misra, bənd-bənd, şeir-şeir
haqqın işığında,
əyri deyil, təkcə düz
ağlayıram,
dağlanan köksümü
bir daha maşa ilə
dağ-dağ dağlayıram…
Və dağlaya-dağlaya da
Vətən oğlunu
qarı düşmənimizdən
qisasa səsləyirəm.
Mən şeir yazmıram…
anbaan… zaman-zaman
könülləri böyük qələbənin,
müqəddəs zəfərin
sevdasına süsləyirəm…
Cəmi 706 nəfər oxuyub
Bəyənən (154) | Bəyənməyən (139)
Dostlarınla Paylaş

Saytda 58 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023