Azərbaycan əsgəri ,şeir

Azərbaycan əsgəri ,şeir


Azərbaycan əsgəri

Altdan-üstdən silahlan,
Sarıl ülvi eşqinə.
Azad et Qarabağı,
Ucal şahlıq köşkünə.
Azərbaycan əsgəri.

Yağıya vermə aman,
Əz onu bir böcək tək.
İsbatla varlığını
Haqdan gələn gerçək tək.
Azərbaycan əsgəri.

Qoyma, dinsin ah-nalə,
Bir daha torpağımda.
Bələnməsin al-qana
Üçrəngli bayrağım da…
Azərbaycan əsgəri.

Bu gün zəfər sənindi,
Xalqla birgə, tən yürü.
Talıboğlu cərgəndə,
Köksündə Vətən yürü…
Azərbaycan əsgəri.

08.10.2020
Cəmi 832 nəfər oxuyub
Bəyənən (146) | Bəyənməyən (144)
Dostlarınla Paylaş

Saytda 130 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024