Coronavirus vaksini hansı yaş insanlara vurulacaq? - Qarışıq Məqalələr


Geniş Kitabxana
Coronavirus vaksini hansı yaş insanlara vurulacaq?
Dünyada Covid-19 virusunun qarşısını almaq məqsədilə hazırlanan müxtəlif vaksinlər üzrə işlər davam edərkən Azərbaycanın seçimi Pekində yerləşən Sinovac şirkətinin "CoronaVac" peyvəndi oldu. Şirkət koronavirus vaksinindən başqa, hepatit A və B, H5N1 quş qripi virusu, H1N1 donuz qripi və mövsümi qrip viruslarına qarşı peyvəndlər hazırlayır.

Türkiyəyə "CoronaVac" vaksinin ilk partiyası dekabrın sonlarında çatdırılıb. Qeyri-rəsmi məlumatda Covid-19 peyvəndinin Azərbaycana çatdırıldığı iddia edilsə də, peyvəndləmə işlərini aparan Səhiyyə Nazirliyi bu məsələni nə təkzib, nə də təsdiq edir.

MDB-nin dekabr sammitində Prezident İlham Əliyev çıxış edərkən peyvənd proqramının Azərbaycanda 2021-ci ilin əvvəllərində başlayacağını bildirmişdi.

Azərbaycanda koronavirus testini harada verə bilərəm? - 8 suala cavabda
Azərbaycanda koronavirusa niyə inanmırlar?
Koronavirus: maskaları kim, harada və necə taxmalı?
"CoronaVac" necə işləyir?
GAVİ Peyvəndlər və İmmunizasiya Qlobal İttifaqı deyir ki, peyvəndlənməyə iki cür yanaşma mövcuddur. Canlı, zəiflədilmiş vaksinlərdə xəstəliyə səbəb olmadan çoxala bilən zəifləmiş virus formasından istifadə edilir. İnaktiv peyvəndlərdə isə, genetik materialları məhv edildiyinə görə çoxala bilməyən, lakin immunitetin reaksiyasına səbəb ola bilən viruslardan istifadə olunur.

Qurumun məlumatında deyilir ki, hər iki növ peyvəndlərdə köklü texnologiyalardan istifadə olunsa da, canlı peyvəndlər immun sistemi zəif olan insanlarda xəstəliyə səbəb ola bilir. Bundan başqa, onlar adətən xüsusi soyuq yerlərdə saxlanmağı tələb edir. İnaktiv vaksinlər də bəzən soyuq mühit tələb etsələr də, onları immun sistemi zəifləmiş insanlara vurmaq olar.

"Sinovac" şirkətinin "CoronaVac" vaksini inaktiv peyvənddir. O, xəstəliyə ciddi əks-təsirə səbəb olmadan, bədənin immun sistemini virusa məruz qoymaq üçün öldürülmüş virus hissəciklərindən istifadə edərək işləyir.

Şirkət, vaksinin hazırlanmasında Çin, Böyük Britaniya, İtaliya, İspaniya və İsveçrədən olan Covid-19 xəstələrindən nümunələr götürüb.

Bütün məlum olan vaksinlər kimi, "CoronaVac" da iki dozada vurulur.

Sinqapurun Nanyang Texnologiya Universitetinin dosenti Luo Dahai BBC-yə deyib ki, "CoronaVac" peyvəndi daha "ənənəvi" üsulla hazırlanıb və bu üsul "quduzluq" kimi xəstəliklərdə uğurla istifadə olunur.

Əsas üstünlüyü nədir?
"Sinovac" peyvəndinin əsas üstün cəhətlərindən biri standart soyuducuda 2-8 dərəcədə saxlanıla bilinməsidir. "Oxford-AstraZeneca " peyvəndi də eyni cür saxlanılma imkanında olsa da, digər bir peyvənd olan "Moderna"-nı mənfi 20 dərəcədə, "Pfizer" peyvəndini isə mənfi 70 dərəcədə saxlamaq tələb olunur.

Bu o deməkdir ki, həm Sinovac, həm də Oxford-AstraZeneca peyvəndi bu qədər aşağı temperaturda çox miqdarda peyvənd saxlaya bilməyən inkişaf etməkdə olan ölkələr üçün daha əlverişlidir.

Sinovac vaksini
ŞƏKLİN MƏNBƏYİ,MEHMET KAMAN/ANADOLU AGENCY VIA GETTY IMAGES
Nə qədər təsirlidir?
Alimlər bu suala cavab verməkdə çətinlik çəkirlər. "The Lancet" elmi jurnalı yazır ki, hazırda CoronaVac peyvəndinin ancaq birinci və ikinci mərhələsi üzrə məlumatlar məlumdur. Məqalənin müəlliflərindən biri olan Zhu Fengcai deyir ki, birinci və ikinci mərhələdə iştirak edən ümumilikdə 744 nəfərin nəticələrinə əsasən, peyvənd "təcili istifadə üçün əlverişli olub".

Vaksinin üçüncü mərhələsinin nəticələri müxtəlif ölkələrdə fərqli rəqəmlər göstərib. Türkiyədə aparılan testlər peyvəndin 91.25 faiz effektiv olduğunu göstərib. İndoneziyada göstərilən nəticə isə, 65,3 faiz olub.

Braziliyadakı son araşdırmada bu rəqəmin 50.4 faiz olduğu deyilsə də, əvvəlcə bu rəqəm 78 olaraq səsləndirilib. Sonradan tədqiqatçılar deyiblər ki, müəyyən rəqəmlər nəticəyə əlavə edilməyibmiş.

Braziliyalı alimlər Sinovac vaksininin müalicəyə ehtiyac olan və yüngül keçirilən hallarda 78 faiz, orta və ağır hallarda 100 faiz təsirli olduğunu, ümumilikdə orta hesabla 50.4 faiz effektiv olduğunu bildiriblər.
Cemi 37 nefer oxuyub
Beyen(8) | Beyenme(8)
Paylaş:
Dostlarınla Paylaş
Whatsapp Facebook Telegram Twitter Viber
Logo

Coronavirus vaksini hansı yaş insanlara vurulacaq? məqaləsini oxumaq üçün daxil olun


Coronavirus vaksini hansı yaş insanlara vurulacaq?, Qarışıq Məqalələr, Geniş kitabxana, məqalələr, Whatsapp Plus 2021, İnstagram Plus, Youtube Plus, Mobil, Pulsuz, Azeri, Whatsapp, Watsap, Bedava, Izle, Indir, tatli.biz MP4, 3GP, Instagram plus, Plus, Toy Gecesi, Azyasli, Youtube plus, Whatsapp Yukle, mahnilar, video yukle, videolar, watsap pulus, Coronavirus vaksini hansı yaş insanlara vurulacaq? - Qarışıq Məqalələr

Saytda 88 nəfər
xml | xml2 | html | ror | wiki
MobTop.az
admin@tatli.biz
©Tatli.Biz Company 2010-2021