Coronavirus vaksini hansı yaş insanlara vurulacaq?

Coronavirus vaksini hansı yaş insanlara vurulacaq?


Dünyada Covid-19 virusunun qarşısını almaq məqsədilə hazırlanan müxtəlif vaksinlər üzrə işlər davam edərkən Azərbaycanın seçimi Pekində yerləşən Sinovac şirkətinin "CoronaVac" peyvəndi oldu. Şirkət koronavirus vaksinindən başqa, hepatit A və B, H5N1 quş qripi virusu, H1N1 donuz qripi və mövsümi qrip viruslarına qarşı peyvəndlər hazırlayır.

Türkiyəyə "CoronaVac" vaksinin ilk partiyası dekabrın sonlarında çatdırılıb. Qeyri-rəsmi məlumatda Covid-19 peyvəndinin Azərbaycana çatdırıldığı iddia edilsə də, peyvəndləmə işlərini aparan Səhiyyə Nazirliyi bu məsələni nə təkzib, nə də təsdiq edir.

MDB-nin dekabr sammitində Prezident İlham Əliyev çıxış edərkən peyvənd proqramının Azərbaycanda 2021-ci ilin əvvəllərində başlayacağını bildirmişdi.

Azərbaycanda koronavirus testini harada verə bilərəm? - 8 suala cavabda
Azərbaycanda koronavirusa niyə inanmırlar?
Koronavirus: maskaları kim, harada və necə taxmalı?
"CoronaVac" necə işləyir?
GAVİ Peyvəndlər və İmmunizasiya Qlobal İttifaqı deyir ki, peyvəndlənməyə iki cür yanaşma mövcuddur. Canlı, zəiflədilmiş vaksinlərdə xəstəliyə səbəb olmadan çoxala bilən zəifləmiş virus formasından istifadə edilir. İnaktiv peyvəndlərdə isə, genetik materialları məhv edildiyinə görə çoxala bilməyən, lakin immunitetin reaksiyasına səbəb ola bilən viruslardan istifadə olunur.

Qurumun məlumatında deyilir ki, hər iki növ peyvəndlərdə köklü texnologiyalardan istifadə olunsa da, canlı peyvəndlər immun sistemi zəif olan insanlarda xəstəliyə səbəb ola bilir. Bundan başqa, onlar adətən xüsusi soyuq yerlərdə saxlanmağı tələb edir. İnaktiv vaksinlər də bəzən soyuq mühit tələb etsələr də, onları immun sistemi zəifləmiş insanlara vurmaq olar.

"Sinovac" şirkətinin "CoronaVac" vaksini inaktiv peyvənddir. O, xəstəliyə ciddi
[1] 2 3 >>
Cəmi 421 nəfər oxuyub
Bəyənən (85) | Bəyənməyən (81)
Dostlarınla Paylaş

Saytda 70 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023