Coronavirus vaksini hansı yaş insanlara vurulacaq?

Coronavirus vaksini hansı yaş insanlara vurulacaq?


əks-təsirə səbəb olmadan, bədənin immun sistemini virusa məruz qoymaq üçün öldürülmüş virus hissəciklərindən istifadə edərək işləyir.

Şirkət, vaksinin hazırlanmasında Çin, Böyük Britaniya, İtaliya, İspaniya və İsveçrədən olan Covid-19 xəstələrindən nümunələr götürüb.

Bütün məlum olan vaksinlər kimi, "CoronaVac" da iki dozada vurulur.

Sinqapurun Nanyang Texnologiya Universitetinin dosenti Luo Dahai BBC-yə deyib ki, "CoronaVac" peyvəndi daha "ənənəvi" üsulla hazırlanıb və bu üsul "quduzluq" kimi xəstəliklərdə uğurla istifadə olunur.

Əsas üstünlüyü nədir?
"Sinovac" peyvəndinin əsas üstün cəhətlərindən biri standart soyuducuda 2-8 dərəcədə saxlanıla bilinməsidir. "Oxford-AstraZeneca " peyvəndi də eyni cür saxlanılma imkanında olsa da, digər bir peyvənd olan "Moderna"-nı mənfi 20 dərəcədə, "Pfizer" peyvəndini isə mənfi 70 dərəcədə saxlamaq tələb olunur.

Bu o deməkdir ki, həm Sinovac, həm də Oxford-AstraZeneca peyvəndi bu qədər aşağı temperaturda çox miqdarda peyvənd saxlaya bilməyən inkişaf etməkdə olan ölkələr üçün daha əlverişlidir.

Sinovac vaksini
ŞƏKLİN MƏNBƏYİ,MEHMET KAMAN/ANADOLU AGENCY VIA GETTY IMAGES
Nə qədər təsirlidir?
Alimlər bu suala cavab verməkdə çətinlik çəkirlər. "The Lancet" elmi jurnalı yazır ki, hazırda CoronaVac peyvəndinin ancaq birinci və ikinci mərhələsi üzrə məlumatlar məlumdur. Məqalənin müəlliflərindən biri olan Zhu Fengcai deyir ki, birinci və ikinci mərhələdə iştirak edən ümumilikdə 744 nəfərin nəticələrinə əsasən, peyvənd "təcili istifadə üçün əlverişli olub".

Vaksinin üçüncü mərhələsinin nəticələri müxtəlif ölkələrdə fərqli rəqəmlər göstərib. Türkiyədə aparılan testlər peyvəndin 91.25 faiz effektiv olduğunu göstərib. İndoneziyada göstərilən nəticə isə, 65,3 faiz
<< 1 [2] 3 >>
Cəmi 435 nəfər oxuyub
Dostlarınla Paylaş

Saytda 161 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024