Tatli.Biz

Vaksinin əks təsirləri nələrdir?


Vaksinin əks təsirləri varmı?
"Sinovac" vaksini Çində iyul ayından bəri yüksək risk qrupunda olan insanlar üçün təcili hallarda istifadə üçün təsdiq edilib.

Sinovac şirkətinin təmsilçisi olan cənab Yin sentyabr ayında deyib ki, 1000 könüllü üzərində testlər aparılıb və onlardan 5 faizindən çox olmamaqla bəzilərində "az yorğunluq və ya narahatlıq" qeydə alınıb.

"The Lancet" elmi jurnalında deyilir ki, müxtəlif dozalarda "CoronaVac" vaksini vurulan insanlar peyvəndlənməni "yaxşı keçiriblər".

Peyvəndin uşaq və ya hamilələrdə göstərdiyi nəticələr barədə məlumatlar hələlik açıqlanmayıb.

Hansı ölkələr hansı vaksini alıb?
Sinovac peyvəndinin ilk partiyası dekabrın əvvəllərində İndoneziyaya çatdırılıb.

Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və bir neçə digər ərəb ölkəsi Sinopharm vaksinini təsdiq edib.

Sinqapur isə Sinovac, Moderna və Pfizer-BioNTech vaksinlərinin hamısı ilə razılaşmaya gəldiyini bildirib.

Azərbaycan, Türkiyə, Braziliya, Çili və bəzi digər ölkələr Sinovac peyvəndini seçib.

Sinovac şirkəti yeni inşa edilmiş zavodunda ildə 300 milyon doza vaksin istehsal edə biləcəyini bildirib. Vaksinlər iki dozada vurulduğu üçün bu, ildə sadəcə 150 milyon insanın bu peyvəndlə təmin edilə biləcəyi deməkdir.

Azərbaycanda peyvəndlənmə
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı dekabrın sonunda bildirmişdi ki, "Azərbaycanda yanvarın əvvəlindən etibarən Covid-19-a qarşı vaksinin vurulması planlaşdırılır".

Azərbaycan peyvəndlənmə ilə bağlı strategiyanın hazırlanacağını elan etsə də, onun nə vaxt yekunlaşacağı barədə məlumat verilmir.

Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın il sonunda keçirilən brifinqində deyib ki, ""Sinovac Biotech" şirkətinin CoronaVac vaksini inaktiv üsulla hazırlandığından daha təhlükəsizdir".

O söyləyib ki, Azərbaycan əhalisi uzun müddət inaktiv üsulla hazırlanan vaksinlərlə peyvəndlənib, ona görə də bu üsula "daha çox güvənilir".

TƏBİB rəsmisi Azərbaycanda birinci mərhələdə "əhalinin 10 faizinə peyvənd vurulacağını", ikinci mərhələdə isə peyvəndlənmənin "respublikanın daha çox hissəsini əhatə edəcəyini" bildirib.

Azərbaycanda peyvəndin ilk olaraq xroniki xəstəliyi olanlar, risk qrupunda olan insanlara vurulacağı açıqlanıb.

Prezident İlham Əliyev Azərbaycanda koronavirus peyvəndlənməsinin dövlət hesabına və könüllü aparılacağını bildirib.
Cemi 71 nefer oxuyub
Beyen(11) | Beyenme(14)
Dostlarınla Paylaş

Vaksinin əks təsirləri nələrdir? məqaləsini oxu


Vaksinin əks təsirləri nələrdir?, Qarışıq Məqalələr, Geniş kitabxana, məqalələr, Whatsapp Plus 2021, İnstagram Plus, Youtube Plus, Mobil, Pulsuz, Azeri, Whatsapp, Watsap, Bedava, Izle, Indir, tatli.biz MP4, 3GP, Instagram plus, Plus, Toy Gecesi, Azyasli, Youtube plus, Whatsapp Yukle, mahnilar, video yukle, videolar, watsap pulus, azerbaycan, android, axtar, yeni, Vaksinin əks təsirləri nələrdir?, yukle

Whatsapp Plus, Instagram Plus, Youtube Plus, Mp3 Yukle, Video Yukle, HD mp4, Bedava Indir, Android Dunyasi, Futbol neticeleri, Idman xeberleri

Duşuncə dərsi, Eşq və məhəbbət, Xəyanət, Testlər, Qadın psixologiyası, Kişi psixologiyası, Gəlin-qaynana, Cinsi munasibətlər, Psixoloji məsləhətlər, Gozel xanim, Saclara qulluq, Kosmetologiya, Makiyaj, Manikur və pedikur, Gozəllik xəbərləri, Ulduzların gozəllik sirləri, uzə qulluq, Bədənə qulluq, Estetik gozəllik, Moda, Moda luğəti, Moda xəbərləri, Stil dərsləri, ikonlar, Toy dəbi, cimərlik dəbi, Qırmızı xalca, Aksesuarlar, Ayaqqabı, Geyim, Gozəllik məhsulları, Alış-veriş, Dəbli bloq sahibələri

Saytda 94 nəfər
Tatli.Biz
xml | xml2 | html | ror | wiki
MobTop.az
©Tatli.Biz 2010-2021