Vaksinin əks təsirləri nələrdir?

Vaksinin əks təsirləri nələrdir?


Vaksinin əks təsirləri varmı?
"Sinovac" vaksini Çində iyul ayından bəri yüksək risk qrupunda olan insanlar üçün təcili hallarda istifadə üçün təsdiq edilib.

Sinovac şirkətinin təmsilçisi olan cənab Yin sentyabr ayında deyib ki, 1000 könüllü üzərində testlər aparılıb və onlardan 5 faizindən çox olmamaqla bəzilərində "az yorğunluq və ya narahatlıq" qeydə alınıb.

"The Lancet" elmi jurnalında deyilir ki, müxtəlif dozalarda "CoronaVac" vaksini vurulan insanlar peyvəndlənməni "yaxşı keçiriblər".

Peyvəndin uşaq və ya hamilələrdə göstərdiyi nəticələr barədə məlumatlar hələlik açıqlanmayıb.

Hansı ölkələr hansı vaksini alıb?
Sinovac peyvəndinin ilk partiyası dekabrın əvvəllərində İndoneziyaya çatdırılıb.

Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və bir neçə digər ərəb ölkəsi Sinopharm vaksinini təsdiq edib.

Sinqapur isə Sinovac, Moderna və Pfizer-BioNTech vaksinlərinin hamısı ilə razılaşmaya gəldiyini bildirib.

Azərbaycan, Türkiyə, Braziliya, Çili və bəzi digər ölkələr Sinovac peyvəndini seçib.

Sinovac şirkəti yeni inşa edilmiş zavodunda ildə 300 milyon doza vaksin istehsal edə biləcəyini bildirib. Vaksinlər iki dozada vurulduğu üçün bu, ildə sadəcə 150 milyon insanın bu peyvəndlə təmin edilə biləcəyi deməkdir.

Azərbaycanda peyvəndlənmə
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı dekabrın sonunda bildirmişdi ki, "Azərbaycanda yanvarın əvvəlindən etibarən Covid-19-a qarşı vaksinin vurulması planlaşdırılır".

Azərbaycan peyvəndlənmə ilə bağlı strategiyanın hazırlanacağını elan etsə də, onun nə vaxt yekunlaşacağı barədə məlumat verilmir.

Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın il sonunda keçirilən brifinqində deyib ki, ""Sinovac Biotech" şirkətinin CoronaVac vaksini
[1] 2 >>
Cəmi 573 nəfər oxuyub
Bəyənən (97) | Bəyənməyən (101)
Dostlarınla Paylaş

Saytda 68 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024