Yeyəndə ortaq qardaş nağılı

Yeyəndə ortaq qardaş nağılı


Qədim zamanlarda Cek O‘Kent adlı bir kəndli yaşayırdı. Kəndlinin Herfordşir mahalında Kenterq yaxınlığında bir zolaq torpağı vardı. Torpağın yetirdiyi məhsul kəndlinin ailəsinə güclə çatır, yarıac-yarıtox birtəhər başlarını dolandırırdılar. Torpağın məhsulu aşıb-daşanda belə Cek O‘Kent kasıblığın daşını ata bilmirdi. Günlərin bir günü torpaq sahəsini şumlayan Cek O‘Kent sahənin kənarına çatanda dönüb geri qayıtmaq istəyirdi ki, birdən başını yuxarı qaldırıb qarşısında dayanmış bir qulyabanı gördü. Ayaqlarını aralı qoyub dayanmış qulyabanı əllərini sinəsində çarpazlayıb kəndlini hirsli-hirsli süzürdü.



– Bura mənim torpaq sahəmdir, – qulyabanı donquldandı.

– Sənin burda nə itin azıb?

Canına vahimə düşmüş Cek O‘Kent qorxduğunu büruzə verməyib sakitcə təmkinlə cavab verdi:

– Çoxdandır ki, bu yerlərdə görünmürsən. Odur ki, sahəni sənin üçün şumlamışam ki, xətrin nə istəsə əkəsən.

– Bu mənim torpaq sahəmdir, – qulyabanı tüklü sinəsini qaşıya-qaşıya təkrar etdi, – qoy sən deyən olsun, torpağı mənimçün şumlayıb hazırlaya bilərsən.

– Çox yaxşı, – azca cürətlənən kəndli dedi. – Bəs məhsulu mənimlə bölsək necə? Əgər narazı olmasan, mən işləyərəm, sən isə zəhmətimin əvəzində məhsulun yarısını mənə verərsən.

Qulyabanı çirkli qabarlı əli ilə kotandan yapışıb soruşdu:

– Axı məhsulu necə bölüşdürəcəyik?

Cek O‘Kent bir an fikrə gedib sonra cavab verdi:

– Bu il sən torpağın üzündə olanların hamısına sahib durarsan, torpağın altında qalanlar da mənim olar. Belə ki, kökü mənim, yarpaqları sənin olsun.

Kəndlinin şərti ilə razılaşan qulyabanı söz verdi ki, payızda gəlib onun payına düşən məhsulu toplayacaq. Qulyabanı şumlanmış torpağın üstündə qıçlarını
[1] 2 3 >>
Cəmi 790 nəfər oxuyub
Dostlarınla Paylaş

Saytda 74 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024