Men tenhayam...

Men tenhayam...


Mən səninlə olduğum anlarda da yalnız idim.
O qədər çətin idi ki, bu yükü daşımaq.
Düşünsənə həm sənin həm də öz yükümü daşıyırdım.
Sevgim artqıca bu yük dahada artırdı.
Bu qədər ağırlığın altına girdim mən, amma yenə də
üsyan etmədim
Dözdüm, çünki bunu istəyərək etdim!
amma mən səninləykən sənsizliyə boynumu əydim.
ümidimə ümidsizlik qatdın, amma mən yenə də güldüm.
Çox ağrıdı içim.Acılar dostum olduqca mən daha da
qəbul etdim bu həyatı.
Sənin olduğun bu tikanlı keçilməz yol mənim üçün
güllərlə dolu bir bağça oldu.
Hər günüm səninlə keçsədə mən səndən uzaq olmuşam.
Sanki mən sənin deyildim, sən mənim idin.
Yağan hər damla yağışda görürdüm səni.
Pəncərəmi takkıldadırdın hər gecə...
Mən qalxardım yuxudan dəlicə, sənsə yatardın evində
mışıl-mışıl
Qışın oğlan çağında mən çiçəklənən baharı yaşadım.
Sən dəli küləyi əsdirərkən mənsə bu cür yazılarımla
ümidsiz biri olduğumu bilə-bilə dözdüm.
Oynadım bu oyunu sona qədər.
Mən bu oyunu doya-doya sevə-sevə oynadım.
Biz bir tamaşanı oynadıq,amma bütün rolları mən
oynadım.
Alqışları isə sən topladın.
Bütün alqışlar sənə gəldi.
Mən bunu da qəbul etdim.
Sənin olduğun oyun belə gözəldir.
Budur pərdə endi, alqışlar yenə sənə gəldi.
Oyunun adı: I'm Alone
Cəmi 2630 nəfər oxuyub
Dostlarınla Paylaş

Saytda 176 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023