İngilis dilində cümlə qurmanin asan yolları


İngilis dilində danışığı öyrənmənin beş əsas qaydası



Mən 1986-cı ildə Xarici Dillər İnstitutunu bitirmişəm və həmin ildən də ingilis dili müəllimi kimi fəaliyyətə başlamışam. İşlədiyim bu illər ərzində "Mədəd", "Mimio" təşkilatlarının və "British Council"in təşkil etdiyi "Primary Essentials" kurslarını müvəffəqiyyətlə bitirib sertifikatlar almışam. Bu uğurlarıma Şimali Kipr Respublikasında keçirilən "Curriculum, Teaching and Technology" kursunu da əlavə etmişəm.

Eyni zamanda kurslarda kurikulumun qarşıya qoyduğu tələbləri dərindən öyrənib, 1-ci dərəcəli sertifikat alıb, "Təlimçi" adına layiq görülmüşəm. Bu ilin yay aylarında isə müəllimlərə təlim kurslarında yeni fənn kurikulumunun incəliklərini öyrətmişəm.

Bu yazımda isə ingilis dilində danışmağı öyrənmək istəyənlərə onun beş əsas qaydası haqqında söhbət açmaq istəyirəm.

Qrammatikanı həddindən artıq öyrənmə. Bu qayda bir çox ingilis dilini öyrənmək istəyən şagird və tələbələr üçün qəribə səslənə bilər, lakin bu ən mühüm (vacib) qaydalardan biridir. Əgər imtahanlardan keçmək istəyirsinizsə, o zaman qrammatikanı öyrənin. İngilis dilində sərbəst danışmaq istəyirsinizsə, bu zaman gərək dili qrammatikasız öyrənməyə cəhd edəsiniz. Qrammatikanı öyrənmək yalnız sizin danışığınızı yavaşıdar və çaşdırar. Cümlə qurarkən siz onu olduğu kimi təbii şəkildə səsləndirməkdənsə qaydalar haqqında düşünəcəksiniz. Unutmayın ki, ingilis dilində danışan hər bir kəs təxminən 20 faiz qrammatik qaydaları bilir. Siz qrammatik qaydaları öyrənmək, yaxud sərbəst danışmağı bacarmaq istəyirsiniz?

İfadələri öyrən. Bir çox şagirdlər ingilis dilində çoxlu sözlər öyrənir və onları bir yerə toplayaraq cümlə qurmağa çalışır, lakin onlar düzgün cümlə qura bilmirlər. Bunlara səbəb isə onların ifadələri öyrənməməsidir. Uşaqlar dil öyrənərkən həm söz və həm də ifadələri bir yerdə öyrənməlidir. Əgər 1000 söz bilirsinizsə, bir doğru cümlə qurmaya da bilərsiniz, amma 1 ifadə bilirsinizsə, siz yüzdən artıq düzgün cümlə qura bilərsiniz. 100 ifadə bilirsinizsə siz qura bildiyiniz cümlələr qarşısında heyrətlənəcəksiniz və nəhayət, 1000 ifadə bilsəniz, demək olar ki, siz ingilis dilində yaxşı bir natiq olacaqsınız. Belə ki, vaxtınızı söz öyrənməyə yox, ifadələri öyrənməyə ayırsanız, bu zaman sizin ingilis dilində danışığınız əvvəlkindən daha sürətli olacaq.

Əgər ingilis dilində cümlə qurmaq istəyirsinizsə, sözləri ana dilinizə tərcümə etməyin. İfadələri bildiyiniz halda tərcüməni asanlıqla edə bilərsiniz. İngilis dilində cümlə qurarkən qrammatikanı düşünüb və tərcümə eləmək yanlışdır.

Danışmaq və qulaq asmaq kifayət deyil, eşitdiyini danışmağa cəhd et. Danışmaq üçün tələb olunan əsas şərtlərdən biri sərbəst olmaqdır. Şagirdlər ilk növbədə danışmağı öyrənməli, sonra oxumağa və yazmağa başlamalıdırlar. Ona görə də ardıcıllıq belə olmalıdır: qulaq asma, danışma, oxuma və yazma.

İngilis dilində səlis danışmaq istəyirsinizsə, qulaq asdığınız mövzunu sonra ucadan danışın və beləliklə, eşitdiyinizi dəfələrlə təkrar edin. Bu qayda ilə təkrar etsən, sən ingilis dilində sərbəst danışa bilərsən.

İngilis dili ilə əhatələn. Hər hansı bir kəs istənilən bir dildə danışa bilər. Bunu onlar həmin dil mühitində olmaqla əldə edə bilərlər. İngilis dilini ana dili kimi danışa bilən insanlar ingilisdilli məktəbə getmiş, bu mühitdə təhsil almış insanlardır. Əgər ingilis dilində sərbəst danışmaq istəyirsinizsə, xaricə getməyinizə ehtiyac yoxdur, sadəcə ətrafınızı ingilis dili ilə əhatələndirin. Belə ki, ingilis dilində sərbəst danışa bilən dost tapın, həmin dildə kitablar oxuyun, musiqiyə qulaq asın, hekayələr dinləyin. Əgər deyilənlərə əməl etsəniz, asanlıqla bu dildə sərbəst danışacağınızın şahidi olacaqsınız.

Düzgün mövzu öyrən. "Məşq etmək mükəmməl bir məşğələdir" fikri yanlış ifadədir. Əgər sən səhv cümləni (və ya sözü) səhv təkrar edirsənsə, əlbəttə, sən onu səhv olaraq da yaddaşında saxlayacaqsan. Buna görə də öyrənmək istədiyinin doğruluğuna əmin olandan sonra təkrar et və mövzunu öyrən.

Mən dərs dediyim liseydə şagirdlərimə əsasən yuxarıda sadaladığım qaydalarla ingilis dilini öyrədirəm. Bu da öz müsbət nəticəsini verir. Bir müəllim kimi peşə vəzifəmin məsuliyyətini dərindən dərk edirəm və bundan şərəf, qürur duyuram. Mən öz növbəmdə çalışıram ki, dərs dediyim şagirdlərimin təhsil bazası güclü və mükəmməl olsun. Onlar təlim-tərbiyələri ilə seçilsinlər. Savadlı, bacarıqlı, xalqına, millətinə layiqli bir vətəndaş kimi yetişməsi üçün bir müəllim kimi əlimdən gələni edirəm.
Cemi 30 nefer oxuyub
Beyen(4) | Beyenme(4)
Dostlarınla Paylaş
Whatsapp Facebook Telegram Twitter Viber
Logo

İngilis dilində cümlə qurmanin asan yolları məqaləsini oxu


İngilis dilində cümlə qurmanin asan yolları, Qarışıq Məqalələr, Geniş kitabxana, məqalələr, Whatsapp Plus 2021, İnstagram Plus, Youtube Plus, Mobil, Pulsuz, Azeri, Whatsapp, Watsap, Bedava, Izle, Indir, tatli.biz MP4, 3GP, Instagram plus, Plus, Toy Gecesi, Azyasli, Youtube plus, Whatsapp Yukle, mahnilar, video yukle, videolar, watsap pulus, azerbaycan, android, axtar, yeni, İngilis dilində cümlə qurmanin asan yolları, yukle

Saytda 116 nəfər
xml | xml2 | html | ror | wiki
MobTop.az
admin@tatli.biz
©Tatli.Biz Company 2010-2021