İngilis dilində cümlə qurmanin asan yolları

İngilis dilində cümlə qurmanin asan yolları


bilmirlər. Bunlara səbəb isə onların ifadələri öyrənməməsidir. Uşaqlar dil öyrənərkən həm söz və həm də ifadələri bir yerdə öyrənməlidir. Əgər 1000 söz bilirsinizsə, bir doğru cümlə qurmaya da bilərsiniz, amma 1 ifadə bilirsinizsə, siz yüzdən artıq düzgün cümlə qura bilərsiniz. 100 ifadə bilirsinizsə siz qura bildiyiniz cümlələr qarşısında heyrətlənəcəksiniz və nəhayət, 1000 ifadə bilsəniz, demək olar ki, siz ingilis dilində yaxşı bir natiq olacaqsınız. Belə ki, vaxtınızı söz öyrənməyə yox, ifadələri öyrənməyə ayırsanız, bu zaman sizin ingilis dilində danışığınız əvvəlkindən daha sürətli olacaq.

Əgər ingilis dilində cümlə qurmaq istəyirsinizsə, sözləri ana dilinizə tərcümə etməyin. İfadələri bildiyiniz halda tərcüməni asanlıqla edə bilərsiniz. İngilis dilində cümlə qurarkən qrammatikanı düşünüb və tərcümə eləmək yanlışdır.

Danışmaq və qulaq asmaq kifayət deyil, eşitdiyini danışmağa cəhd et. Danışmaq üçün tələb olunan əsas şərtlərdən biri sərbəst olmaqdır. Şagirdlər ilk növbədə danışmağı öyrənməli, sonra oxumağa və yazmağa başlamalıdırlar. Ona görə də ardıcıllıq belə olmalıdır: qulaq asma, danışma, oxuma və yazma.

İngilis dilində səlis danışmaq istəyirsinizsə, qulaq asdığınız mövzunu sonra ucadan danışın və beləliklə, eşitdiyinizi dəfələrlə təkrar edin. Bu qayda ilə təkrar etsən, sən ingilis dilində sərbəst danışa bilərsən.

İngilis dili ilə əhatələn. Hər hansı bir kəs istənilən bir dildə danışa bilər. Bunu onlar həmin dil mühitində olmaqla əldə edə bilərlər. İngilis dilini ana dili kimi danışa bilən insanlar ingilisdilli məktəbə getmiş, bu mühitdə təhsil almış insanlardır. Əgər ingilis dilində sərbəst danışmaq istəyirsinizsə, xaricə getməyinizə ehtiyac yoxdur, sadəcə
<< 1 [2] 3 >>
Cəmi 486 nəfər oxuyub
Dostlarınla Paylaş

Saytda 183 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024