Gürcü xəngəli necə hazırlanır?

Gürcü xəngəli necə hazırlanır?


Tərkibi:
İç üçün:
800 q can (mal) əti
600 q qoyun əti
5 diş sarımsaq
2 baş soğan
1 dəstə keşniş
1 dəstə cəfəri
200-350 ml ət suyu (bulyon)
nanə (təzə olmasa, qurusu da olar)
qara, qırmızı istiot, zirə (hərəsindən 1 ç.q.), keşniş toxumu (2 ç.q.)
duz (təxminən 2 ç.q.)

Xəmir üçün:
1 kq un
2 yumurta
200-300 ml süd
50 ml bitki yağı
duz
Hazırlanması:
Unu ləyənə ələyib içinə 2 yumurta qırın. 1 ç.q. (üstsüz) duz, 1 st. süd (200 ml), 50 ml bitki yağı əlavə edib xəmir yoğurun. Əgər un artıq gəlibsə, süd, əksinə, xəmir çox sıyıq alınırsa, un əlavə edin. Bərk olmayan, elastik xəmir alınmalıdır. Masanın üstünə un səpin, iri kündə tutub xəmiri yoğurduğunuz ləyəni həmin kündənin üstünə çevirin. 40 dəqiqə saxlayın.
Qiyməni hazırlamaq üçün əti ət maşınından keçirə, yaxud da iti bıçaqla çox xırda doğraya bilərsiniz. Doğranmış əti qazana yığın. Soğanı çox xırda doğrayın. Ətlə qarışdırın.
Ədviyyatları və duzu qarışdırıb ətə əlavə edin. 5 diş sarımsağı xırda doğrayıb ətə əlavə edin. Göyərtiləri də (keşniş, nanə, cəfəri) doğrayıb buraya qatın, əlinizlə əti yoğurun. 20 dəqiqə saxlayın. Sonra qiyməyə təxminən 200 ml bulyon əlavə edin. Unutmayın: ət suyundan sui-istifadə etmək olmaz, bulyon qiymənin içində qalmalıdır, ondan axıb getməməlidir, bu onunçün lazımdır ki, qiymə yumşaq olsun. Həmçinin, az bulyon əti quru edir.

Xəmirdən bərabər ölçüdə kündələr tutun. Bunları yayın. Amma çox nazik olmasın. Axı qiymənin tərkibində ət suyu var, nazik olarsa, xəngəl bişən zaman yuxa cırıla bilər. Hər dairənin ortasına 1 x.q. qiymə qoyun. Sonra isə dairənin kənarından başlayaraq qatlaya-qatlaya büzün. Boğça alınmalıdır. Onun “boğaz”ını barmaqlarınızla yaxşı sıxın. Əgər «boğazı» çox uzun alınırsa, onu
[1] 2 >>
Cəmi 422 nəfər oxuyub
Bəyənən (80) | Bəyənməyən (70)
Dostlarınla Paylaş

Saytda 104 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024