İmtina edilmezim

İmtina edilmezim


İnsanın içinə işləyən bir ayaza ev sahibliyi edən qış
səhərində,
səni düşündüyümdə içimə yayılan istiliyin, çöldəki iki
metr qarı belə əridə biləcəyini düşünürəmsə...
Yuxudan üzümdə xoşbəxt bir gülümsəmə ilə qalxıb
mənimlə birlikdə oyanan günə sənin adını verirəmsə...
Evimin bütün divarlarında sənin üzünü görüb, mənə
baxdığını hiss edirəmsə...
Və bu məni hər gün həmişə eyni şəkildə
həyəcanlandırırsa...
İçdiyim çayın şəkəri, naharımın hər dilimi sən
olursansa...
Küçədə mənə baxan hər insan,üzümdəki tərifsiz sevinci
görüb heyrətə düşürsə...
Sevdiyin mahnını dəfələrlə başa alıb bezmədən dəfələrlə
dinləyə bilirəmsə...
O mahnının hər sözünə səninlə əlaqədar ayrı bir məna
yükləyirəmsə...
Başımı döndürən şeyin əslində dərmanlar deyil, sənə olan
eşqim olduğunu bilirəmsə...
Yorucu bir günün axrında kiçicik bir sözünlə, bir
gülüşünlə uzun bir tətildən dönmüş kimi enerjili
oluramsa...
Və o enerjiylə heç yatmadan günlərlə işlələ biləcəyimi
düşünürəmsə...
Gün boyu saatları, dəqiqələri sayıb 'Niyə keçmir bunlar'
deyə hayıflanıramsa...
Və həmişə səninlə görüşəcəyimiz anı gözləyirəmsə...
Kitab oxuyarkən səni düşünməkdən özümü ala bilməyib
eyni sətiri dəfələrlə təkrar edirəmsə...
Sonra sənə bunu izah etdiyimdə birlikdə nə qədər
güləcəyimizi düşünüb keflənirəmsə...
Səninlə əlaqədar planlar edirəmsə...
Yalnız fərziyyələrə söykənən olsa belə o planları
mükəmməlləşdirmək
üçün hər detalın üzərində dəqiqələrlə düşünürəmsə...
İzlədiyim filmdəki baş rol oyunçularının yerinə
özümüzü qoyub 'Biz olsaydıq belə edərdik' deyirsəmsə...
Cəmi 1986 nəfər oxuyub
Bəyənən (540) | Bəyənməyən (359)
Dostlarınla Paylaş

Saytda 155 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024