Kuru fasulye resepti - Qarışıq Məqalələr


Geniş Kitabxana
Kuru fasulye resepti
Tərkibi:
2 st. ağ lobya
250 qr. sümüksüz mal əti
1 pomidor
1 x.q. tomat pastası
1 ç.q. bibər pastası (acısız)
2 baş soğan
cirə (zovgə görə)
duz
pul bibər (zövgə görə)

Qarnir üçün:
1/2 stakan nazik vermişel
2 stakan uzun düyü
2 x.q. kərə yağı

Hazırlanması:
Lobyaları axşamdan suda isladırıq. Səhər suyunu süzüb, qazana əlavə edirik. Üstünə su töküb 30 dəq. bişiririk. Lobya diri qalmalıdır, dağılmamalıdır.
Soğanı xırda kəsib kərə yağında qızardırıq. Biraz qızaranda, tikələrə kəsilmiş əti yanına əlvə edirik. Biraz qızardırıq. Tomat və bibər pastasını əlavə edirik. Qabığı soyulmuş xırda kəsilmiş pomidor əlavə edirik.
Üstünə qaynanmış su əlavə edirik, suyun çox az olmasını siz özünüz təyin edin. Amma yeməyin özü sulu olmalıdır. Ət bişəndə lobyaları əlavə edirik. Duz, pul bibər, kimyon səpirik.
Qazanın altını az xodda qoyuruq və 15 dəq. bir yerdə bişiririk. Yenədə deyirəm. lobya diri qalmalıdır. Bulyon biraz qatılaşmalıdır.
Yanına əriştəli plov etmişəm.
Düyünü soyuq suda 30 dəq. saxlayırıq. Nazik vermişeli 2 x.q. kərə yağında rəngi dəyişənə gədər qızardırıq. Düyünü əlavə edirik. 2,5 stakan su töküb duz əlavə edirik. Az xodda 30 dəq. bişiririk. Yanına mütləq bibər və baş soğan servis edin.

Nuş olsun!
Cemi 23 nefer oxuyub
Beyen(2) | Beyenme(2)
Paylaş:
Dostlarınla Paylaş
Whatsapp Facebook Telegram Twitter Viber
Logo

Kuru fasulye resepti məqaləsini oxumaq üçün daxil olun


Kuru fasulye resepti, Qarışıq Məqalələr, Geniş kitabxana, məqalələr, Whatsapp Plus 2021, İnstagram Plus, Youtube Plus, Mobil, Pulsuz, Azeri, Whatsapp, Watsap, Bedava, Izle, Indir, tatli.biz MP4, 3GP, Instagram plus, Plus, Toy Gecesi, Azyasli, Youtube plus, Whatsapp Yukle, mahnilar, video yukle, videolar, watsap pulus, Kuru fasulye resepti - Qarışıq Məqalələr

Saytda 77 nəfər
xml | xml2 | html | ror | wiki
MobTop.az
admin@tatli.biz
©Tatli.Biz Company 2010-2021