Simit resepti

Simit resepti


Tərkibi:
Xəmir üçün:
3 çay qaşığı yarım quru maya
bir çimdik şəkər tozu
stəkanın dörtdə biri qədər ilıq su
təxminən 4 stəkan un
1 çay qaşığı yarım duz
təxminən bir stəkan ilıq su

Digər ərzaqlar:
bir az qarğıdalı unu
yarım stəkan bəkməz (doşab)
yarım stəkan su

Üstü üçün:
2 stəkan küncüt

Hazırlanması:
Quru mayanı və şəkəri ilıq suya qatın və qoyun kənarda 10 dəqiqə qalsın. Bu müddət ərzində kütlə köpüklənməlidir.
Unu ləyənə və yaxud masanın üstünə qoyun. Ortasında quyu açıb mayalı qarışığı, duzu və ilıq suyu bu quyuya əlavə edin. Tədricən un əlavə edib, xəmir yoğurun. Unun hamısını birdən əlavə etməyin, yoxsa çox ola da bilər. Xəmiri 15 dəqiqə ərzində yaxşıca yoğurun. İri, yağlanmış ləyənə qoyub üstünü örtün. Xəmirin gəlmısi üçün 2 saat isti yerə qoyun.
Gəlmiş xəmiri unlu masanın üstünə qoyub azacıq yoğurub 8 hissəyə bölün. Hər hissəni kündələyin. Masanın üstünə düzüb üstlərini bir qədər nəm çay dəsmalıyla örtün. Qoyun 30 dəqiqə dincəlsinlər.

Hər kündəyə uzunluğu 35 santım olan kəndir şəkli verin. Kəndirləri əlinizlə bir az burun (bir əlinizlə kəndirin bir ucundan tutun, digəriylə isə burun). Sonra isə kəndirin uclarını bir-birinə birləşdirin ki, halqalar alınsın. Masanızı duru yağla yağlayıb alınan halqaları onun üstünə düzün. Qoyun 1 saat beləcə qalsınlar.

4 iri listə bir az qarğıdalı unu səpin. Kənara qoyun.
Bəkməzlə suyu bir kasada yaxşıca həll edin. Küncütü ayrı dəyaz qaba qoyun. Bu ikisini bir-birinə yaxın yerləşdirin. Simitləri bir-bir əvvəlcə bəkməzli qarışığa, sonra isə küncütə batırın. Elə olmalıdır ki, simitin hər tərəfi (altı, üstü) bol-bol küncütlə örtülməlidir.
Hər listə 2 simit qoyun. Sonra isə əlinizlə simitləri bir az genişləndirin ki,
[1] 2 >>
Cəmi 480 nəfər oxuyub
Bəyənən (97) | Bəyənməyən (102)
Dostlarınla Paylaş

Saytda 133 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023