Qurabiyə resepti

Qurabiyə resepti


Tərkibi:
1 su stəkanı noxud unu,
1 ədəd yumurta ağı,
1 su stəkanı lor pendiri,
1/2 su stəkanı qatıq,
1 şirniyyat qaşığı qabartma tozu.

Üstü üçün:
1 ədəd yumurta sarısı,
1 yemək qaşığı çörək otu.

Hazırlanması:
Bütün ərzaqları bir qabda qarışdırın və əlinizlə gözəlcə yoğurun.
Noxud ununun şəkil alması bir az zor ola bilər.
İstəsəniz əlinizlə sıxışdırar , istəsənizdə bir dondurma qaşığının yardımı ilə şəkil verə bilərsiniz.
Şəkil verdiyiniz poğaçaları yağlı kağız sərdiyiniz bir soba sinisinə düzün, üstlərinə yumurta sarısı sürtün və üzərinə çörək otu səpin.
Əvvəlcədən sobanı 170 dərəcə qızdırın.
Əvvəlcədən qızdırdığınız sobada üstləri qızarana qədər 25 dəqiqə bişirin.
Sobadan aldıqdan sonra ilıq olaraq servis edin.

Nuş olsun!
Cəmi 515 nəfər oxuyub
Bəyənən (104) | Bəyənməyən (104)
Dostlarınla Paylaş

Saytda 63 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023