Bu bürclərin nigahı mümkün deyil - Qarışıq Məqalələr


Geniş Kitabxana
Bu bürclərin nigahı mümkün deyil
Qoç və xərçəng
Bu iki bürcün ittifaqı mümkün deyil. Çox vaxt xərçəng qayğı və sevgi istəyəndə, qoç özünü çox eqoistcəsinə aparır. Nəticə etibarilə ikisindən biri həmişə zərərçəkmiş qalır.

2. Buğa və Şir
Bu iki bürcün nümayəndəsinin münasibəti ona görə alınmır ki, hər ikisi qürurludur. Bu səbəbdən də aralarında mübahisələr yaranacaq. İki ehtiraslı bürcün ittifaqının sonu təəssüf ki, budur.

3. Əkizlər və Qız
Xarakterləriniz müxtəlifdir. Qızlar həmişə səliqə-sahman tərəfdarı olur. Əkizlərsə, qara at kimidirlər, heç vaxt əvvəlcədən plan qurmurlar. Odur ki, razılığa gəlməkləri mümkün deyil.

4. Xərçəng və Tərəzi
Kənardan elə görünür ki, bu iki bürcün nikahı ideal ola bilər. Əslində isə belə deyil. Xərçəng hər zaman doğmalarının qeydinə qalmaq istəyir. Tərəzi də ətrafındakıları xoşbəxt etmək arzusundadır. Bir-birindən qarşılıq gözləmədən o qədər çox qurban verəcəklər ki, bir gün öz şəxsiyyətlərini unutduqlarının fərqinə varacaqlar.

5. Oğlaq və Tərəzi
Oğlaqlar çox ciddi xarakterə malikdirlər. Öz məqsədləri uğrunda usanmadan zəhmət çəkirlər. Tərəzilər isə əyləncəyə, xoş zaman keçirməyə üstünlük verirlər. Odur ki, bir-birini anlamırlar.

6. Əqrəb və Dolça
Əqrəblər duyğulu və ehtiraslı olurlar. Dolçalar isə ağıllı və hissiyatsızdırlar. Birinci tərəf daim ürəyinin səsini dinlədiyi halda, ikincilər ağılla addım atırlar. Problemlər də buradan doğur.

7. Oxatan və Balıqlar
Oxatanlar məsuliyyəti və ciddi münasibətləri sevmirlər. Balıqlar isə məhəbbətə ənənəvi və həssas münasibət bəsləyirlər. Odur ki, bir-birinə istədikləri sevgini verə bilmirlər.
Cemi 46 nefer oxuyub
Beyen(8) | Beyenme(12)
Paylaş:
Dostlarınla Paylaş
Whatsapp Facebook Telegram Twitter Viber
Logo

Bu bürclərin nigahı mümkün deyil məqaləsini oxumaq üçün daxil olun


Bu bürclərin nigahı mümkün deyil, Qarışıq Məqalələr, Geniş kitabxana, məqalələr, Whatsapp Plus 2021, İnstagram Plus, Youtube Plus, Mobil, Pulsuz, Azeri, Whatsapp, Watsap, Bedava, Izle, Indir, tatli.biz MP4, 3GP, Instagram plus, Plus, Toy Gecesi, Azyasli, Youtube plus, Whatsapp Yukle, mahnilar, video yukle, videolar, watsap pulus, Bu bürclərin nigahı mümkün deyil - Qarışıq Məqalələr

Saytda 82 nəfər
xml | xml2 | html | ror | wiki
MobTop.az
admin@tatli.biz
©Tatli.Biz Company 2010-2021