Bitgilər və faydaları

Bitgilər və faydaları


Palıd – Meşələrimizdə çox rast gəlinən ağac növlərindən biridir. Müxtəlif hissələrindən istifadə edilir. Meyvəsinin qidalılığı çoxdur. Dəri xəstəliklərində istifadə olunur. Bir çox növü vardır. Biri də “Qırmızı kitaba” düşmüş Şabalıdyarpaq palıddır.

Yemişan – Ağac bitkisidir. Qara və qırmızı rəngli meyvələri olur. Qırmızı meyvələri təzyiqi qaldırır, qara meyvələri isə təzyiqi aşağı salır. Çiçəkləri və yarpaqları ürək xəstəliklərinin müalicəsində istifadə edilir. Çox böyük faydaları vardır.

Qoz – Omeqa 3 ilə zəngindir. Ürək xəstəliklərində və tərkibi yodla zəngin olduğu üçün yod çatışmazlığı xəstəliklərində istifadə olunur.

İtburnu – Geniş yayılan və tez-tez rast gəldiyimiz kol bitkisidir. Yüksək arterial təzyiq zamanı, həm də qrip və soyuqdəymə zamanı da geniş istifadə edilir. Azərbaycanda 42 növü vardır. Tərkibi C, K, A vitaminləri ilə zəngindir.

Üzərlik – Yarı çöl bölgələrimizdə yabanı halda rast gəlinir. Sinir xəstəliklərində və yüksək təzyiqdə istifadə olunur. Yuxu gətiricidir.

Quşüzümü – İki növündən istifadə edilir. Bir növünə yuxugətirən quşüzümü deyirlər. Meyvəsinin dadı acıdır, sulu olur, sakitləşdirici təsirə malikdir. Əsasən dəri xəstəliklərində istifadə edilir. Digər növünə müasir dövrdə yergilası deyirlər. Meşələrdə yabanı halda rast gəlinir.

Qara zirə – Başqa adla çörək otu bitkisi də deyirlər. Azərbaycan mətbəxində və təbabətində qədim zamanlardan istifadə edilir.

Kəklik otu – Bu bitkinin Azərbaycanda bir neçə növü vardır. Dağ çaylarının ətrafında rast gəlinir. Oynaq ağrıları və iltihab əleyhinə müalicəvi əhəmiyyətə malikdir.

Bənövşə – Münbit torpaqlarda rast gəlinən bu gül bitkisi, insan sağlamlığı üçün faydalıdır. Susuzluğu yatıran,
[1] 2 >>
Cəmi 515 nəfər oxuyub
Dostlarınla Paylaş

Saytda 69 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023