Azərbaycan gerbinin mənası

Azərbaycan gerbinin mənası


Milli gerb hər xalqın, dövlətin, şəhərin milli və dini, mifik görüşlərini, eyni zamanda tarixi siyasi-ideoloji və mədəni baxışlarını əks etdirir. Bu baxımdan dövlət gerbimiz həm simvolların zəngin ahəngdarlığına, xalqımızın tarixi və mədəniyyətinin əks etdirməsinə görə digər ölkələrin gerblərindən fərqlənir.


Dövlət gerbi palıd budaqlarından və sünbüllərdən ibarət qövsün üzərində yerləşən şərq qalxanının təsvirindən ibarətdir. Azərbaycan Respublikası Dövlət gerbində ağ ulduz, qırmızı alov, yaşıl palıd budaqları, sarı sünbüllər təsvir edilmişdir.


Qalxanın və ulduzun sağanaqları, habelə qalxanın düymələri və palıd qozaları qızılıdır. 1919-cu ilin martın 23-də “Azərbaycan” qəzetində Azərbaycan Xalq Cümhuriyyətinin dövlət gerbi və möhürü layihələrinin hazırlanması üçün müsabiqə elan edilmişdi. Hökumətin qərarı ilə Azərbaycanın dövlət gerbi və möhürünün ən yaxşı təsvirinin hazırlanması üçün iki mükafat (“Ən yaxşı gerb layihəsi”nə görə 1000 rubl, möhürə görə isə 500 rubl) müəyyənləşdirilmişdi.


Azərbaycanın dövlət gerbi haqqında Azərbaycan Xalq Cümhuriyyəti hökuməti 1920-ci il yanvarın 30-da müsabiqə elan etmiş və müsabiqədən keçəcək gerb nümunəsinin həmin ilin mayın 28-də qəbul ediləcəyi haqqında qərar çıxarmışdır. Lakin 1920-ci il aprel ayının 28-də Azərbaycan Xalq Cümhuriyyətinin süqut etməsi nəticəsində gerb qəbul edilməmişdir. Azərbaycanın yeni Dövlət gerbinin hazırlanması və təsdiqi məsələsinə bir də təqribən 70 il sonra 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində baxıldı.


1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Dövlət gerbi ilə bağlı məsələni müzakirə edərək, Azərbaycan SSR Ali Soveti qarşısında
[1] 2 >>
Cəmi 571 nəfər oxuyub
Bəyənən (103) | Bəyənməyən (101)
Dostlarınla Paylaş

Saytda 57 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024