Pizza xəmiri resepti

Pizza xəmiri resepti


Tərkibi:
1.5 stəkan süd
1.5 stəkan ilıq su
0.5 stəkan duru yağ
1 ç.q şəkər tozu
1 x.q duz
2 kiçik paket maya vəya yaş maya
1 ədəd yumurta
götürdüyü qədər un (təxminən 1 kiloya yaxın un gedir)

Hazırlanması:
Bir qaba mayanı, şəkəri və ilıq südü əlavə edib qarışdırırıq və 5-10 dəq gözləyirik. Qabarmış mayanın içinə duru yağ, yumurta və duzu əlavə edib qarışdırırıq.

Üzərinə az az ələnmiş un əlavə edib yapişqan olmayan yumşaq xəmir yoğururuq. Sonra üzərini klok ilə örtüb 45 dəq və ya 1 saat arası xəmirin gəlməyini gözdüyürük. Xəmir gərək özünün iki qatı qabarsın. Sonra xamiri 3-4 kündəyə ayırıb 10-15 dəqiqədə bu cür gözləyirik. Gözlətdiyimiz kündələri iatədiyimiz incəlikdə taxtanın üzərində əlimizlə açırıq və budur pizza xəmiri hazırdir. İstəsəniz xəmiri 1 gün əvvəlcədəndə hazırlayıb ertəsi gün istifadə edə bilərsizniz.

Nuş olsun!
Cəmi 440 nəfər oxuyub
Bəyənən (88) | Bəyənməyən (91)
Dostlarınla Paylaş

Saytda 289 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024