Blinçik xəmiri resepti - Qarışıq Məqalələr


Geniş Kitabxana
Blinçik xəmiri resepti
Tərkibi:
3 ədəd yumurta
1 x/q şəkər tozu
1 ç/q duz
500 ml süd
280 qr un
3 x/q duru yağ

Hazırlanması:
Bir kasada yumurta, duz və şəkər tozunu yavaş-yavaş çalın.
Südün yarısını əlavə edib, qarışdırmağa davam edin. Daha sonra yavaş-yavaş unu əlavə edərək qarışdırın. Un içərisində tam həll olunana qədər qarışdırmağa davam edin.

Un tamamilə qarışandan sonra qabda qalan südü əlavə edib tez-tez qarışdırın. Duru yağı əlavə edib qarışdırdıqdan sonra 10-15 dəqiqə gözləyin.
Çuqun tavanı qızdırın, içərisini duru yağla yağlayın. Daha sonra tavanın ölçüsünə görə blinçikləri bişirməyə başlayın. Blinçikin hər iki tərəfini arzuladığınız qədər qızarda bilərsiniz.

Əgər blinçikin içərisinə nəsə qoyub bükmək istəmirsinizsə, onu süfrəyə mürəbbə, qaymaq, qatılaşdırılmış südlə də təqdim edə bilərsiniz.

Nuş olsun!
Cemi 20 nefer oxuyub
Beyen(3) | Beyenme(3)
Paylaş:
Dostlarınla Paylaş
Whatsapp Facebook Telegram Twitter Viber
Logo

Blinçik xəmiri resepti məqaləsini oxumaq üçün daxil olun


Blinçik xəmiri resepti, Qarışıq Məqalələr, Geniş kitabxana, məqalələr, Whatsapp Plus 2021, İnstagram Plus, Youtube Plus, Mobil, Pulsuz, Azeri, Whatsapp, Watsap, Bedava, Izle, Indir, tatli.biz MP4, 3GP, Instagram plus, Plus, Toy Gecesi, Azyasli, Youtube plus, Whatsapp Yukle, mahnilar, video yukle, videolar, watsap pulus, Blinçik xəmiri resepti - Qarışıq Məqalələr

Saytda 101 nəfər
xml | xml2 | html | ror | wiki
MobTop.az
admin@tatli.biz
©Tatli.Biz Company 2010-2021