Paxlava resepti

Paxlava resepti


Tərkibi:
Mayalı məhlul:
Süd 1/3 Stəkan ilıq
Un 1 ç.q
Quru maya 1 ç.q
Şəkər tozu 1 ç.q

Xəmir:
Un 500 q
Duz 1 ç.q
Vanil 1 ç.q
Yumurta sarısı 1 Ədəd
Kərə yağı 125 q əridilmiş
Xama 150 q

İçlik üçün:
Qoz 600 q
Şəkər tozu 480 q
Hil 10 q
Kərə yağı 150 q əridilmiş

Şirə üçün:
Şəkər tozu 1 Stəkan
Su 1/2 Stəkan
Zəfəran dəmi 50 ml

Hazırlanması:
İlıq südə un, quru maya və şəkər tozu əlavə edib qarışdırmaq. Məhlulu 10 dəq. isti yerdə saxlamaq lazımdır.

500 q una duz, vanil, yumurta sarısı, yağ, xama və mayalı məhlulu qatıb yumşaq xəmir yoğurmaq lazımdır.

İçlik üçün qoza şəkər tozu və hill əlavə edib qarışdırmaq lazımdır. Başqa bir qabda kərə yağını əritmək lazımdır

Xəmiri 11 hissəyə bölmək lazımdır. Paxlavanın üst və alt qatını nisbətən iri kündələrdən yaymaq lazımdır.

Hər layı yağlamaq və qoz səpmək.

Hazır paxlavanı romb şəklində doğramaq, üzərinə zəfəran dəmi çəkmək və qozla bəzəmək.

Paxlava 180 dərəcə qızdırılmış sobada 45 dəq. ərzində bişirilməlidir.

Şirə üçün su və zəvəran dəmi ilə şəkər tozunu qarışdırıb 5 dəq. qaynatmaq.

Hazır paxlavanın üzərinə şirəni qəzdirib daha 10 dəq. sobada saxlamaq.

Soyuyandan sonra masaya vermək olar.

Nuş olsun!
Cəmi 470 nəfər oxuyub
Bəyənən (90) | Bəyənməyən (86)
Dostlarınla Paylaş

Saytda 167 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024