Orqanizm üçün ən faydalı qidalar

Orqanizm üçün ən faydalı qidalar


Kefir- kalsium, fosfor və maqnezium, protein mənbəyidir. İmmun sistemini gücləndirir. Gündə bir stəkan yemək olar.

Banan- potasiumla zəngindir, ən çox ürəyi qoruyur. Bir gündə bir orta ölçülü banan yemək olar.

Moruq- sağlam hüceyrələrin məhv olmasının qarşısını alır, ürək üçün faydalıdır. Artıq çəkiyə qarşı da qəbul oluna bilər.

Portağal-immun sistemi üçün çox faydalıdır, C vitamini qaynağıdır. Həmçinin xolesterini və yüksək təzyiqi endirməyə yardım edir. Bir gündə bir ədəd yemək olar.

Kivi- portağaldan da artıq C vitamini mənbəyidir, həmçinin E vitamini qaynağıdır, güclü antioksidantdır, potasium, maqnezium və sinklə də zəngindir. Bir gündə bir ədəd yeyilə bilər.

Nar- C vitamini və potasiumla zənginliyinə görə digər bütün meyvələrdən üstündür. O biri meyvələrlə müqayisədə daha az kalorilidir. Hər gün nar yemək xərçəng riskiini də azaldır.

Pomidor- enerji deposudur. Xərçəngə qarşı ən effektiv silah sayılır. Gündə bir ədəd yemək tövsiyə olunur.

Qoz- hər 28 qramında 4 qram protein var. Ürək sağlamlığı üçün faydalıdır. Çəkinin nizamda qalmasına yardım edir. Xərçəngə qarşı da istifadə oluna bilər.

Qatıq- təbii qatıq kalsium, potasium, proteinlə zəngindir. Bağırsaqlar üçün faydalı olan bakteriyaları gücləndirir, A, D, E ve K vitaminləri ifraz edir. Bir gündə 200 qram yemək olar.

Təmiz buğda çörəyi-buğdada olan liflər yoğun bağrsaq xərçəngi riskini 40 faiz azaldır. İmmunitetin normal çalışmasına yardım edir. Bir gündə bir dilim buğda çörəyi yemək olar.



Badam- xolesterin səviyyəsini normada saxlayır. Bağırsaqların fəaliyyətini nizamlayır. İmmuniteti gücləndirir. E vitamini ilə zəngindir. Qocalmağı ləngidir. Gündə 5 ədəd tövsiyə edilir.



Sarımsaq- virusla mübarizə aparır, immuniteti gücləndirir.
[1] 2 >>
Cəmi 566 nəfər oxuyub
Bəyənən (102) | Bəyənməyən (86)
Dostlarınla Paylaş

Saytda 183 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024