İnsan orqanizmi üçün çox faydalıdır

İnsan orqanizmi üçün çox faydalıdır


Avokado - Tərkibində doymamış yağ asidləri var. Ürək və qan dövranı üçün faydalıdır. Xərçəngdən qoruyur.

Kələm - C vitamini, az miqdarda B vitamini, kalsiumli ağ və qırmızı kələm immuniteti gücləndirir, streslə savaşır.

Noxud - Protein, maqneziumla boldur. Xolestrolu salır, bağırsaq xərçəngi riskini azaldır.

Brokoli - Maqnezium, A və C vitamini ilə zəngindir. Xərçəngdən qoruyur, əzələləri gücləndirir.

Qoz-findıq - B və E vitamini, dəmir var. Sakitləşdirir, yuxu gətirir və stresi azaldır.

Dana əti - Ətdə dəmir, protein var. O, soyuqdəyməni, öskürək və qripə qarşı yaxşı vasitədir.

Dəniz məhsulları - Tərkiblərində Omega3 yağ turşusu olur. Xolestrolu tənzimləyir, infarkt riskini azaldır.

Pomidor - Folikasitlə zəngin olan pomidor xərçəngin bəzi növlərindən qoruyur, hüceyrəmi yeniləyir.

Alma - Dəmir, A-C vitamini mənbəyi olan alma immuniteti gücləndirir, infarkt riskini azaldır.

Alça - Dəmir və B vitamini ilə boldur. Bədəndəki artıq suyun çıxarılmasına yol açır, enerji verir.

Buğda - Buğda beyni və sinirləri bəsləyir, yaddaşı və zehni gücləndirir.

Lobya - Dəmir, kalsium, B və C vitamini, protein tərkibli bu məhsul qan və hüceyrə yaranmasına kömək edir.

Quş üzümü - Tərkibində C vitamini, kalsium var. Əsəb və immuniteti gücləndirir.

Qreypfrut - Folikasit, C vitamini var. Qan təzyiqini azaldır, qan yaradır.

Yerkökü - A vitamini var. Spermanı artırır, infeksiyalardan qoruyur.

İspanaq - A vitamini, folikasit, maqnezium, E vitamini ilə zəngindir. Sinirləri gücləndirir. Xüsusilə hamilələrə tövsiyə edilir.

Qovun - Maqnezium və kalsium tərkibli qovun bədəndə suyu tənzimləyir.

Qırmızı üzüm - Yüksək təzyiqdən əziyyət çəkənlər üçün faydalıdır.

İtburnu - C və E vitamini, dəmirlə boldur. Soyuqdəymə, qripə qarşı
[1] 2 >>
Cəmi 483 nəfər oxuyub
Bəyənən (85) | Bəyənməyən (73)
Dostlarınla Paylaş

Saytda 150 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024