Kompot necə hazırlanır? - Qarışıq Məqalələr


Geniş Kitabxana
Kompot necə hazırlanır?
kompot saxlamaq üçün istifadə ediləcək bankalar yuyulub sterlizasiya edilir. Sağlam meyvələr yuyulur və qurulanır. Kompotun hazırlanması zamanı iri meyvələrdən istifadə ediləcəksə o zaman meyvələr doğranır. Kompotu giləmeyvələrdən hazırladıqda buna ehtiyac olmur. Doğranmış meyvələr və ya giləmeyvələr bankalara tökülür və üzərinə şəkər əlavə edilir. Kənarda su qaynadılır və bankalar qaynar su ilə doldurulur, qapağı örtülür. Bankalar suda 10 dəqiqə qaynadılır. Kampotun hazırlanmasında istifadə edilən banka və onun qapağı qaynar buxarda və ya mikrodalğalı sobada sterlizasiya olunmalıdır. Kompotu 1 il müddətinə saxlamaq mümkündür.
Kompotun faydalı xüsusiyyətləri
Hazırlandığı meyvələrin tərkibindən asılı olaraq kompotun tərkibində müxtəlif bioloji aktiv maddələr, orqanik turşular, vitaminlər və minerallar olur. Onun tərkibindəki faydalı maddələrin korlanmaması üçün kompotu qaynadarkən bankanın qapağını örtmək lazımdır.
Kompot kalorili içkilərdən hesab edilir. Mütəxəssislər şəkərli diabet xəstələrinə kompotun şəkərdən yox, fruktozadan hazırlanmasını məsləhət görürlər. Soyuqlama, anemiya, zəiflik, qaraciyər, mədə və böyrək xəstəlikləri zamanı kompot içməkdə fayda var. Onu körpə uşaqlara da vermək olur. Yeni doğulmuş uşaqlarda bağırsaq sancılar olduğu zamanlarda mədə mikroflorasının yaxşılaşdırılması məqsədilə ona az miqdarda kişmiş kompotu vermək olur. Bu zaman kişmiş qaynamış su ilə yuyulur və üzərinə qaynar su əlavə edilib 30 dəqiqə qaynadılır. Bu zaman 5-10 ədəd kişmişin üzərinə 200 ml qaynar su tökmək lazımdır. Qaynadıqdan sonra kişmiş kompotu kənarda yarım saat saxlanılır. Kompot yüksək tempraturu aşağı salır. İtburnu kompotunun tərkibi vitamin, mineral və turşularla zəngindir. Soyuq havalarda bir çox xəstəliklərrdən qorunmaq üçün ən yaxşı profilaktik müalicə itburnu kompotudur.
Kompotun zərərli xüsusiyyətləri
Böyrək çatışmazlığından əziyyət çəkənlərə və hamilələrə çoxlu miqdarda kompot içmək məsləhət görülmür. Bu orqanizmdə artıq mayenin yığılmasına və böyrəklərin yükünün artmasına səbəb olur.
Mədə turşuluğu çox olanlara turş meyvələrdən və giləmeyvələrdən hazırlanmış kompot içmək məsləhət görülmür.
Cemi 37 nefer oxuyub
Beyen(7) | Beyenme(7)
Paylaş:
Dostlarınla Paylaş
Whatsapp Facebook Telegram Twitter Viber
Logo

Kompot necə hazırlanır? məqaləsini oxumaq üçün daxil olun


Kompot necə hazırlanır?, Qarışıq Məqalələr, Geniş kitabxana, məqalələr, Whatsapp Plus 2021, İnstagram Plus, Youtube Plus, Mobil, Pulsuz, Azeri, Whatsapp, Watsap, Bedava, Izle, Indir, tatli.biz MP4, 3GP, Instagram plus, Plus, Toy Gecesi, Azyasli, Youtube plus, Whatsapp Yukle, mahnilar, video yukle, videolar, watsap pulus, Kompot necə hazırlanır? - Qarışıq Məqalələr

Saytda 100 nəfər
xml | xml2 | html | ror | wiki
MobTop.az
admin@tatli.biz
©Tatli.Biz Company 2010-2021