Kompot necə hazırlanır?

Kompot necə hazırlanır?


kompot saxlamaq üçün istifadə ediləcək bankalar yuyulub sterlizasiya edilir. Sağlam meyvələr yuyulur və qurulanır. Kompotun hazırlanması zamanı iri meyvələrdən istifadə ediləcəksə o zaman meyvələr doğranır. Kompotu giləmeyvələrdən hazırladıqda buna ehtiyac olmur. Doğranmış meyvələr və ya giləmeyvələr bankalara tökülür və üzərinə şəkər əlavə edilir. Kənarda su qaynadılır və bankalar qaynar su ilə doldurulur, qapağı örtülür. Bankalar suda 10 dəqiqə qaynadılır. Kampotun hazırlanmasında istifadə edilən banka və onun qapağı qaynar buxarda və ya mikrodalğalı sobada sterlizasiya olunmalıdır. Kompotu 1 il müddətinə saxlamaq mümkündür.
Kompotun faydalı xüsusiyyətləri
Hazırlandığı meyvələrin tərkibindən asılı olaraq kompotun tərkibində müxtəlif bioloji aktiv maddələr, orqanik turşular, vitaminlər və minerallar olur. Onun tərkibindəki faydalı maddələrin korlanmaması üçün kompotu qaynadarkən bankanın qapağını örtmək lazımdır.
Kompot kalorili içkilərdən hesab edilir. Mütəxəssislər şəkərli diabet xəstələrinə kompotun şəkərdən yox, fruktozadan hazırlanmasını məsləhət görürlər. Soyuqlama, anemiya, zəiflik, qaraciyər, mədə və böyrək xəstəlikləri zamanı kompot içməkdə fayda var. Onu körpə uşaqlara da vermək olur. Yeni doğulmuş uşaqlarda bağırsaq sancılar olduğu zamanlarda mədə mikroflorasının yaxşılaşdırılması məqsədilə ona az miqdarda kişmiş kompotu vermək olur. Bu zaman kişmiş qaynamış su ilə yuyulur və üzərinə qaynar su əlavə edilib 30 dəqiqə qaynadılır. Bu zaman 5-10 ədəd kişmişin üzərinə 200 ml qaynar su tökmək lazımdır. Qaynadıqdan sonra kişmiş kompotu kənarda yarım saat saxlanılır. Kompot yüksək tempraturu aşağı salır. İtburnu kompotunun tərkibi vitamin, mineral və turşularla zəngindir. Soyuq havalarda bir çox xəstəliklərrdən qorunmaq
[1] 2 >>
Cəmi 584 nəfər oxuyub
Bəyənən (103) | Bəyənməyən (105)
Dostlarınla Paylaş

Saytda 163 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024