Koronavirusun mualicəsi


Hansı dərman növləri gözlənilən nəticəni verə bilər?

Hazırda üç geniş yanaşma tədqiq olunur:

Koronavirusun bədən daxilində inkişaf etmək qabiliyyətinə birbaşa təsir edən antivirus dərmanı
İmmun sistemini sakitləşdirə bilən dərmanlar - immun sistemi virusa həddindən artıq reaksiya verəndə bu, orqanizmə zərərli təsir göstərməyə başlayır və nəticədə, xəstənin sağlamlıq durumu ağırlaşır
Virusu hədəfləyən antiteller – onlar ya xəstəlik keçirib sağ qalmış pasiyentlərin qanından götürülür və ya laboratoriyada hazırlanır
Koronavirusun müalicəsi üçün ən perspektivli dərman hansıdır?

Ümumdünya Səhiyyə Təşkilatından doktor Bruce Aylward deyir ki, Çində səfərdə olduqdan sonra effektivlik əlamətini göstərən yeganə dərman remdesivir olub.

Bu antivirus dərmanından əvvəlcə ebola xəstəliyinin müalicəsi üçün istifadə etmək nəzərdə tutulmuşdu, lakin digər üsullar daha təsirli olduğunu göstərdi.

O vaxtdan bəri bu dərmanın digər ölümcül koronavirusların (Yaxın Şərq respirator sindromu və ağır kəskin respirator sindromu) müalicəsində təsirli olduğu göstərilib. Bu isə həmin dərmanın Covid-19-a qarşı da təsirli olacağına ümid etməyə imkan verir.

Chicago Universiteti tərəfindən aparılan araşdırmalar barədə sızan məlumatlar da həmin dərmanın effektiv olduğuna dəlalət edir.

Bu dərman ÜST-ün Həmrəylik tədqiqatında sınaqdan keçən dörd dərmandan biridir və onu istehsal edən Gilead şirkəti də testlər keçirməkdədir.

"Öpüşməyin!" Baş epidemioloq İbadulla Ağayev koronavirusa yoluxmamağın yollarını izah edir
Koronavirus pandemiyası: Azərbaycan neftini və iqtisadiyyatını nə gözləyir?
Karantin: evdə qalarkən kökəlmək istəməyənlər üçün tövsiyələr
190 manatlıq dövlət yardımı üçün: Telefon nömrəsi şəxsin öz adınamı olmalıdır?
İİV dərmanları koronavirusu müalicə edə bilərmi?
Çox söz-söhbət gəzirdi ki, İİV infeksiyasının müalicəsində istifadə olunan lopinavir və ritonavir adlı dərmanlar koronavirusun müalicəsində effektiv ola bilərlər, lakin bunu təsdiqləyən sübut yoxdur.

Laboratoriya şəraitində bəzi nəticələr ümidverici olsa da, insanlar üzərində onların sınağı ürəkaçan olmayıb.

Bu dərmanların kombinasiyası ağır vəziyyətdə olan Covid-19 xəstələrində virusun səviyyəsini aşağı salmayıb, onların sağalma prosesini yaxşılaşdırmayıb, ölüm hallarının sayını azaltmayıb.

Lakin, tədqiqat olduqca ağır xəstələr (onların təxminən dörddə biri ölüb) arasında keçirildiyindən, istisna deyil ki, həmin dərmanları bu cür xəstələrə vermək artıq çox gecikmiş addım olub.

Malyariya əleyhinə dərmanlar koronavirusu dayandıra bilərmi?

Malyariya dərmanları həm Həmrəylik, həm də Bərpa proqramları çərçivəsində testlərdən keçirilir.

Xloroxin və onun yaxın törəməsi olan hidroksixloroxin dərmanlarının - antivirus və immun sistemi üçün sakitləşdirici xüsusiyyətləri ola bilər.

Bu preparatlar əsasən Prezident Trump-ın bəyanatlarına görə koronavirusun potensial müalicə üsulu kimi diqqət mərkəzinə keçib, lakin onların effektivliyinə dair sübutlar hələ çox azdır.

Hidroksixloroxin həm də revmatoid artritinin müalicəsi üçün də istifadə olunur, çünki immunitet sistemini tənzimləməyə kömək edə bilər.

Laboratoriya araşdırmaları bu maddənin koronavirusu durudurmağa qadir olduğunu göstərib, bəzi həkimlərin dediyinə görə, bu preparat koronavirus xəstələrinə kömək edib.

Lakin ÜST deyir ki, bu dərmanın effektivliyinə dair heç bir inandırıcı sübut yoxdur.
Cemi 42 nefer oxuyub
Beyen(10) | Beyenme(9)
Dostlarınla Paylaş
Whatsapp Facebook Telegram Twitter Viber
Logo

Koronavirusun mualicəsi məqaləsini oxu


Koronavirusun mualicəsi, Qarışıq Məqalələr, Geniş kitabxana, məqalələr, Whatsapp Plus 2021, İnstagram Plus, Youtube Plus, Mobil, Pulsuz, Azeri, Whatsapp, Watsap, Bedava, Izle, Indir, tatli.biz MP4, 3GP, Instagram plus, Plus, Toy Gecesi, Azyasli, Youtube plus, Whatsapp Yukle, mahnilar, video yukle, videolar, watsap pulus, azerbaycan, android, axtar, yeni, Koronavirusun mualicəsi, yukle

Saytda 91 nəfər
xml | xml2 | html | ror | wiki
MobTop.az
admin@tatli.biz
©Tatli.Biz Company 2010-2021