Koronavirusun mualicəsi

Koronavirusun mualicəsi


Hansı dərman növləri gözlənilən nəticəni verə bilər?

Hazırda üç geniş yanaşma tədqiq olunur:

Koronavirusun bədən daxilində inkişaf etmək qabiliyyətinə birbaşa təsir edən antivirus dərmanı
İmmun sistemini sakitləşdirə bilən dərmanlar - immun sistemi virusa həddindən artıq reaksiya verəndə bu, orqanizmə zərərli təsir göstərməyə başlayır və nəticədə, xəstənin sağlamlıq durumu ağırlaşır
Virusu hədəfləyən antiteller – onlar ya xəstəlik keçirib sağ qalmış pasiyentlərin qanından götürülür və ya laboratoriyada hazırlanır
Koronavirusun müalicəsi üçün ən perspektivli dərman hansıdır?

Ümumdünya Səhiyyə Təşkilatından doktor Bruce Aylward deyir ki, Çində səfərdə olduqdan sonra effektivlik əlamətini göstərən yeganə dərman remdesivir olub.

Bu antivirus dərmanından əvvəlcə ebola xəstəliyinin müalicəsi üçün istifadə etmək nəzərdə tutulmuşdu, lakin digər üsullar daha təsirli olduğunu göstərdi.

O vaxtdan bəri bu dərmanın digər ölümcül koronavirusların (Yaxın Şərq respirator sindromu və ağır kəskin respirator sindromu) müalicəsində təsirli olduğu göstərilib. Bu isə həmin dərmanın Covid-19-a qarşı da təsirli olacağına ümid etməyə imkan verir.

Chicago Universiteti tərəfindən aparılan araşdırmalar barədə sızan məlumatlar da həmin dərmanın effektiv olduğuna dəlalət edir.

Bu dərman ÜST-ün Həmrəylik tədqiqatında sınaqdan keçən dörd dərmandan biridir və onu istehsal edən Gilead şirkəti də testlər keçirməkdədir.

"Öpüşməyin!" Baş epidemioloq İbadulla Ağayev koronavirusa yoluxmamağın yollarını izah edir
Koronavirus pandemiyası: Azərbaycan neftini və iqtisadiyyatını nə gözləyir?
Karantin: evdə qalarkən kökəlmək istəməyənlər üçün tövsiyələr
190 manatlıq dövlət yardımı üçün: Telefon nömrəsi şəxsin öz adınamı
[1] 2 >>
Cəmi 520 nəfər oxuyub
Bəyənən (89) | Bəyənməyən (82)
Dostlarınla Paylaş

Saytda 116 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024