Arbidol un faydaları - Qarışıq Məqalələr


Geniş Kitabxana
Arbidol un faydaları
Ümumi strategiya: Arbidol
Koronavirus epidemiyası başlayandan bəri onun müalicəsi üçün müxtəlif dərmanlardan istifadə olunub. Onların çoxu xəstəliyin özünü deyil, onun tipik simptomlarını aradan qaldırmaq üçün tətbiq olunur.

Buradaca qeyd etmək lazımdır ki, Covid-19-da heç bir xüsusi simptom olmur - bu cəhətdən o, soyuqdəymə və respirator virus infeksiyalarından o qədər də fərqlənmir. Bənzər şəkildə inkişaf edən xəstəlik, adi hallarda olduğu kimi sətəlcəmlə nəticələnə bilər.

Demək olar ki, xəstələrin hamısında qızdırma, ümumi zəiflik və halların 60 faizində quru öskürək müşahidə olunur.

Xəstələrin təxminən üçdə biri əzələ ağrısı və nəfəs darlığından şikayətlənir. Belə simptomlara xəstəliyin beşinci günündə rast gəlmək olar.

Baş və boğaz ağrıları cəmi bir neçə xəstədə müşahidə olunub.

Çin həkimləri öskürək, üşütmə və ya boğaz ağrısından şikayətlənən xəstələrin xüsusi müalicə alqoritmini hazırlayıblar. Bu üsulun təfərrüatları fevral ayının ortalarında Lancet tibb jurnalında dərc olunub.

Alqoritmə əsasən, qan analizləri və döş qəfəsinin kompüter tomoqrafiyasından sonra viruslu sətəlcəm və ya koronovirus infeksiyası ilə bağlı müayinə aparılmalıdır.

Nəticə mənfi olarsa, xəstəyə standart antibiotiklər təyin olunur - azitromisin və ya amoksisillin. Müsbət olduğu halda isə, xəstə təcrid olunur və müalicəni respirator ftorxinolon və arbidolla davam etdirirlər.

Mürəkkəbləşmə nəticəsində qandakı oksigenin səviyyəsi 93 faizdən aşağı düşərsə, müqavimət göstərən (rezistent) infeksiyaların müalicəsində olduğu kimi, nemonoksasin və sintetik linezolid antibiotikləri təyin olunur.
Cemi 34 nefer oxuyub
Beyen(9) | Beyenme(7)
Paylaş:
Dostlarınla Paylaş
Whatsapp Facebook Telegram Twitter Viber
Logo

Arbidol un faydaları məqaləsini oxumaq üçün daxil olun


Arbidol un faydaları, Qarışıq Məqalələr, Geniş kitabxana, məqalələr, Whatsapp Plus 2021, İnstagram Plus, Youtube Plus, Mobil, Pulsuz, Azeri, Whatsapp, Watsap, Bedava, Izle, Indir, tatli.biz MP4, 3GP, Instagram plus, Plus, Toy Gecesi, Azyasli, Youtube plus, Whatsapp Yukle, mahnilar, video yukle, videolar, watsap pulus, Arbidol un faydaları - Qarışıq Məqalələr

Saytda 78 nəfər
xml | xml2 | html | ror | wiki
MobTop.az
admin@tatli.biz
©Tatli.Biz Company 2010-2021