Tatli.Biz

Zobun əlamətləri


Qalxanvari vəzi orqanizmdə bir çox prosesləri kontrol edir. Bu səbəbdən bu orqanın xəstəlikləri də özünü müxtəlif simptomlarla büruzə verir.

Bəzən bu simptomlar digər xəstəliklərin simptomları ilə qarışdırılır və insan səhv müalicə alır. Yalnız endokrinoloqa müraciət etdikdən sonra məlum olur ki, bu el arasında "zob xəstəliyi" kimi tanınan qalxanvari vəzi xəstəliyidir.

Zob xəstəliyinin bəzi bilmədiyiniz simptomlarını təqdim edir:

Boğazda göynəmələr

Boğazda göynəmələr çox vaxt soyuqdəymə və ya qripin əlaməti olur. Lakin boğazda göynəmələr bəzən qalxanabənzər vəzdə olan pozuntular, törəmələr və düyünlər səbəbindən də irəli gələ bilər.

Səs tellərində şişkinlik və səsin qalınlaşması da qalxanabənzər vəzin funksiyalarının aşağı düşməsi (hipotireoz) səbəbindən meydana çıxa bilər. Bu dəyişikliklər çox asanlıqla soyuqdəymə ilə də səhv salına bilər.

Saçların həddindən artıq tökülməsi və ya həddindən artıq tüklənmə

Endokrin sistem orqanizmdə gedən bütün prosesləri kontrolda saxlayır. Buna saçların vəziyyəti də aiddir. Saçların gec uzanması və tökülməsi də qalxanabənzər xəstəliyinin simptomu ola bilər.

Çəki problemləri

Qalxanabənzər vəzin fəaliyyətində artma (hipertireoz) bir sıra fəsadlarla müşahidə edilə bilər: çəkinin sürətlə azalması, iştahanın artması, ishal.

Bu orqanın funksiyasının azalması isə maddələr mübadiləsinin ləngiməsi, çəki artımı və ödəmlə nəticələnə bilər.

Yuxululuq və əsəbilik

Əgər yuxululuq və istəksizlik istirahətdən sonra da keçmirsə, səbəbsiz depressiyalar meydana çıxırsa, ani əhval-ruhiyyə dəyişiklikləri varsa bunu stressə və ya hansısa başqa amilə bağlamaq düzgün deyil. Belə ki, bu da qalxanvari vəzinin fəaliyyətində pozuntuların göstəricilərindən biridir. Xüsusilə həddindən artıq yuxululuq endokrinoloqa getməyi vacib edən səbəblərdəndir.

Bu simptomlar hiss olunduqda tez bir zamanda endokrinoloq müayinəsi mütləqdir.
Cemi 54 nefer oxuyub
Beyen(10) | Beyenme(8)
Dostlarınla Paylaş

Zobun əlamətləri məqaləsini oxu


Zobun əlamətləri, Qarışıq Məqalələr, Geniş kitabxana, məqalələr, Whatsapp Plus 2021, İnstagram Plus, Youtube Plus, Mobil, Pulsuz, Azeri, Whatsapp, Watsap, Bedava, Izle, Indir, tatli.biz MP4, 3GP, Instagram plus, Plus, Toy Gecesi, Azyasli, Youtube plus, Whatsapp Yukle, mahnilar, video yukle, videolar, watsap pulus, azerbaycan, android, axtar, yeni, Zobun əlamətləri, yukle

Whatsapp Plus, Instagram Plus, Youtube Plus, Mp3 Yukle, Video Yukle, HD mp4, Bedava Indir, Android Dunyasi, Futbol neticeleri, Idman xeberleri

Whatsapp plus yukle, Instagram Plus yukle, Youtube Plus yukle, mahni yukle, mp3 yukle, azeri klipler, turk klipleri, sekiller, pulsuz mesaj, pulsuz internet, mp4 videolar, kitabxana, online, online tercume, Qarışıq Məqalələr, Şeirlər, Cinsəllik (+18), Hekayələr, Nusrət Kəsəmənli, Qəmli Notlar, Evlilik Mərasimi

Saytda 92 nəfər
Tatli.Biz
xml | xml2 | html | ror | wiki
MobTop.az
©Tatli.Biz 2010-2021