Zobun əlamətləri

Zobun əlamətləri


Qalxanvari vəzi orqanizmdə bir çox prosesləri kontrol edir. Bu səbəbdən bu orqanın xəstəlikləri də özünü müxtəlif simptomlarla büruzə verir.

Bəzən bu simptomlar digər xəstəliklərin simptomları ilə qarışdırılır və insan səhv müalicə alır. Yalnız endokrinoloqa müraciət etdikdən sonra məlum olur ki, bu el arasında "zob xəstəliyi" kimi tanınan qalxanvari vəzi xəstəliyidir.

Zob xəstəliyinin bəzi bilmədiyiniz simptomlarını təqdim edir:

Boğazda göynəmələr

Boğazda göynəmələr çox vaxt soyuqdəymə və ya qripin əlaməti olur. Lakin boğazda göynəmələr bəzən qalxanabənzər vəzdə olan pozuntular, törəmələr və düyünlər səbəbindən də irəli gələ bilər.

Səs tellərində şişkinlik və səsin qalınlaşması da qalxanabənzər vəzin funksiyalarının aşağı düşməsi (hipotireoz) səbəbindən meydana çıxa bilər. Bu dəyişikliklər çox asanlıqla soyuqdəymə ilə də səhv salına bilər.

Saçların həddindən artıq tökülməsi və ya həddindən artıq tüklənmə

Endokrin sistem orqanizmdə gedən bütün prosesləri kontrolda saxlayır. Buna saçların vəziyyəti də aiddir. Saçların gec uzanması və tökülməsi də qalxanabənzər xəstəliyinin simptomu ola bilər.

Çəki problemləri

Qalxanabənzər vəzin fəaliyyətində artma (hipertireoz) bir sıra fəsadlarla müşahidə edilə bilər: çəkinin sürətlə azalması, iştahanın artması, ishal.

Bu orqanın funksiyasının azalması isə maddələr mübadiləsinin ləngiməsi, çəki artımı və ödəmlə nəticələnə bilər.

Yuxululuq və əsəbilik

Əgər yuxululuq və istəksizlik istirahətdən sonra da keçmirsə, səbəbsiz depressiyalar meydana çıxırsa, ani əhval-ruhiyyə dəyişiklikləri varsa bunu stressə və ya hansısa başqa amilə bağlamaq düzgün deyil. Belə ki, bu da qalxanvari vəzinin fəaliyyətində pozuntuların göstəricilərindən
[1] 2 >>
Cəmi 592 nəfər oxuyub
Bəyənən (100) | Bəyənməyən (97)
Dostlarınla Paylaş

Saytda 103 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024