Zob xəstəliyinin əlamətləri

Zob xəstəliyinin əlamətləri


cinsi zəiflik və seksual həvəsin azalması, qadınlarda menstrual siklin (aybaşıların) pozulması.

Hipotireoz – sonsuzluq və uşaq salmanın ən çox yayılmış səbəblərindən biridir.

Diffuz və ya düyünlü toksiki ur isə bu nahiyədə ağrılardan əlavə həm də hipertireoz (tireoid hormonların artıqlığı) əlamətləri ilə seçilir:

- nəbzin surətlənməsi və güclənməsi, aritmiya (ürək ritmi pozulması), ürək nahyəsində ağrı, təngnəfəslik;

- qıcıqlanma, əsəbilik, əhvalın dəyişkənliyi, yuxusuzluq, diqqət və hafizənin zəifləməsi;

- kişilərdə - potensiyanın zəifləməsi (cinsi zəiflik), qadınlarda – çox vaxt aybaşı olmaması;

- daima aclıq fonunda çəkinin azalması;

- uzun müddət davam edən hərarət (37,5 – 38 oC dək);

- quru və isti dəri;

- bərəlmiş gözlər;

- əllərin əsməsi.

Boğaz urunun istənilən növünün əlamətlərindən hər hansını özünüzdə müşahidə edirsinizsə, vaxt itirmədən həkim-endokrinoloqa müraciət edin. Xəstəliyi başlı-başına buraxmayın və həkimin tövsiyyələrinə ciddi riayət edin, təyin edilmiş dərman preparatlarını vaxtında və düzgün qəbul edin!

Unutmayın ki, boğaz urunun fəsadları insanın səhhəti və həyatı üçün çox təhlükəli ola bilər – sonsuzluq, uşaqsalma, miokard infarktı, insult, kəskin böyrək çatışmazlığı, tireotoksik kriz nəticəsində komatoz vəziyyət.

Boğaz urunun diaqnostikası

Müayinənin ilk mərhələsində qalxanvari vəz palpasiya olunur (əl ilə yoxlanılır) və onun böyümə dərəcəsi müəyyən edilir. Diaqnoz USM (ultrasəs müayinəsi) və laborator analizlər vasitəsilə təsdiq olunur. USM vəzin ölçülərini, həcmini və toxumasının quruluşunu dəqiqləşdirir, laborator müayinə isə qanda qalxanvari vəzi və hipofiz hormonlarının (TSH, T3, T4 və s.), eləcə də müvafiq anticismlərin səviyyəsini
<< 1 [2] 3 4 >>
Cəmi 717 nəfər oxuyub
Dostlarınla Paylaş

Saytda 165 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024