Zob xəstəliyinin əlamətləri

Zob xəstəliyinin əlamətləri


preparatları ilə) müalicənin mümkünsüzlüyü və ya lazımi effekt verməməsi və s. hallarda cərrahi əməliyyat tətbiq edilir. Bu qərarı həkim laborator və digər müayinələrin nəticələrinə əsasən qəbul edir. Əməliyyat zamanı qalxanvari vəzin əksər toxuması kəsilərək çıxarılır və yalnız kiçik hissəsi (3 ml-dən artıq olmayaraq) saxlanılır.

Keçmişdə bu cərrahi müdaxilə zamanı boyunun ön səthində kəsik aparılır və əməliyyatdan sonra qadını heç də gözəlləşdirməyən çapıq qalırdı. Müasir dövrümüzdə isə boğaz urunun xaric edilməsi əməliyyatı endoskopik üsulla yerinə yetirilir – kiçik kəsiklərdən cərrahi alətlər və xüsusi kamera daxil edilir, cərrah görüntünü monitorda izləyərək işini başa çatdırır. Endoskopik əməliyyatlardan sonra bərpa müddəti çox qısa, çapıqlar isə çox kiçik və incə olur.

Qalxanvari vəzin xaric edilməsi əməliyyatından sonra xəstə ömrünün sonuna dək həkimin təyin etdiyi qalxanvari vəzi hormonlarını qəbul edir.

Boğaz urunun profilaktikası

Endemik boğaz urunun profilaktikasının əsas istiqaməti qidada yod qıtlığının aradan qaldırılmasıdır. Bu məqsədlə yodlaşdırılmış duzdan istifadə edilməli, yuxarıda göstərilmiş yodla zəngin olan məhsullar rasiona daxil olunmalıdır.

Ölkəmizin bir sıra rayonlarında yod qıtlığını nəzərə alaraq, əksər uşaqlar, yeniyetmələr və hamilə qadınlar əlavə profilaktik tədbir kimi yod preparatlarını qəbul etməlidirlər. Dərman preparatının və onun dozasının düzgün seçilməsi üçün müvafiq həkim mütəxəssisə (endokrinloq, ginekoloq, uşaq həkimi) müraciət edilməlidir.

Profilaktikanın digər istiqaməti isə xəstəliyin erkən aşkar olunmasıdır. İstənilən növ boğaz urunun yuxarıda qeyd edilən risk amillərindən hər hansı Sizdə də mövcuddursa, məsələn, endemik zonada
<< 2 3 [4] 5 >>
Cəmi 734 nəfər oxuyub
Dostlarınla Paylaş

Saytda 55 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024