Düyü ilə saça qulluq

Düyü ilə saça qulluq


qaynadıldıqda alınan su arıqladıcı vasitə sayılır. Amma asiyalılar bunu çətin üsulla hazırlayırlar.

Asiya üsulu:

1. 1 fincan yuyulmuş, təmiz düyüyə 4-7 fincan su əlavə edilir.

2. 2-4 saat zəif odda ağzı açıq halda dəmlənilir.

3. Hazır dəmləmə gün ərzində içilir.

1 fincan düyü dəmləməsi 150 kalori dəməkdir. Bu isə bir oturumda qəbul etdiyiniz 650 kalorini əvəz edə bilər. Bu üsul insanı incəltməklə bərabər, orqanizmdən duzu da tökür.

Qıcqırdılmış düyü suyu:

Bu düyü suyu az turşumuş olur. Dadında da az turşuluq hiss olunur. Lakin bu suyun tərkibi antioksidant, minerallar, E vitamini və fermenlərlə zəngindir. Bu su dəridə sızanaqlara, qırışlara, dəri iltihabına müsbət təsir göstərir, dəriyə parlaqlıq verir. Bu suyla saçları yumaq qədim Asiya üsuludur. Yaponiyada 80 yaşlı qadınların saçlarının uzunluğu 1.8 metrdir. Saçların bu cür qalmasının sirri isə qıcqırdılmış düyü suyudur. Düyü suyu saça gözəllik verməklə bərabər, həm də uzadır.

Qədim Asiya resepti ilə qıcqırdılmış düyü suyu:

Yapon xanımları düyü hazırlayarkən onun suyunu qətiyyən atmırlar. Hər düyü bişirərkən suyu toplayırlar və saçlarını yuyurlar. Hətta restoranlar düyünün suyunu satırlar. Bu su 1 gün otaq temperaturunda saxlanılır, sonra yüksək odda 1 dəfə qaynadılır. Soyudulur ora 2-3 damcı lavanda və ya rozmarin yağı əlavə olunur. Saçlar bu dəmləmə ilə yuyulan zaman 1 dəqiqə massaj olunur. Dəmləmə qatı olsa, ona adi su qatıb durultmaq olar. Bunu istəsəniz hər yuyanda da edə bilərsiniz.
<< 1 [2]
Cəmi 582 nəfər oxuyub
Dostlarınla Paylaş

Saytda 121 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024