Təmbəllər üçün arıqlama resepti

Təmbəllər üçün arıqlama resepti


Sizi az məşqlə və sağlam həyatla kilo verməyə razı edə biləcək bir bələdçi hazırladıq.

Bədəniniz hər funksiya üçün su istifadə edir. Qidalara həzm, qan istehsalı və ağlınıza gələn bir çox şey üçün su lazımlıdır. Bu qədər qiymətli bir içkini həyatınızda mütləq saxlamalısınız.

Əlbəttə meyvə suları, enerji içkiləri də mayədir, ancaq heç biri su yerinə keçməz. Buna görə mütləq bol miqdarda su için və bədəninizin kiloları azaltmasına köməkçi olun.

Su içməyə üşənənlər üçünsə ən asan yol dünən içdiyinizdən bir stəkan çoxunu içərək bu günü keçirməlisiniz. Sizdən bir anda bütün həyat vərdişlərinizi dəyişdirmək istəmirik, sadəcə suyu daha çox istifadə etməyiniz məsləhətlidir.

Mətbəxdə yemək hazırlamağa üşəndiyiniz üçün kilo ala bilərsiniz. Yemək bişirməkdən xoşunuz gəlmirsə və ya bilmirsinizsə, davamlı çöldən sifariş verərək yaşayaya bilərsiniz. Çəki almağın ən əhəmiyyətli səbəblərindən biri bu vərdişdir.

Özünüzə sağlam hazır qidalar alaraq bu vəziyyəti tarazlaşdıra bilərsiniz. Məsələn, salat hazırlamaqdan xoşlanmırsınızsa, hazır salatlar alın. Üstlərinə qızartma toyuq və ya ton balığı əlavə edə bilərsiniz.

İdmana getmirsizsə, amma evdə televiziya izlərkən məşq edə bilərsiniz. İki əlinizə litrlik pet şüşələri alın. Televiziya izlərkən qaldırıb endirin. Oturduğunuz yerdə qollarınızı işlədin.

Televiziya izlərkən divana uzanın və qıçlarınızı qaldırıb endirin. Bu sizə çox köməkçi ola bilər.
Cəmi 568 nəfər oxuyub
Bəyənən (100) | Bəyənməyən (82)
Dostlarınla Paylaş

Saytda 89 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023