Sağlam qidalanmanin yolları

Sağlam qidalanmanin yolları


Qədim ingilis atalar sözündə deyilir ki, səhər yeməyini tək ye, günortanı dostlarınla böl, axşam yeməyini isə düşmənlərinə ver. Amma dövr dəyişdikcə insanların həyat tərzi də dəyişməyə başladı. Əksəriyyətimiz günün böyük hissəsini işə həsr edir, düzgün qidalanmağa fikir vermirik. Yorğun halda evə getdikdən sonra isə bu sual qarşısında çıxılmaz vəziyyətdə qalırıq: "Görəsən axşama nə bişirək?” Əslində, bu problemdən yalnız işləyən insanlar əziyyət çəkmir. Bəzən hətta evdar qadınlar da bu sualı özlərinə verirlər? Bəs görəsən, sualın ideal cavabı nədir? Ümumiyyətlə, gündəlik menyu necə tərtib edilməlidir ki, həm dadlı olsun, həm sağlam. Mövzu ilə bağı dietoloq Tutu Zeynalova ilə söhbətləşdik.

Müsahibimiz bildirdi ki, ailənin günlük menyusunu əvvəlcədən tərtib etmək lazımdır: "Əslində, hər gün səhər, günorta, axşam yeməyinin vaxtında yeyilməsi mütləqdir. Bunların içərisində səhər yeməyi özünəməxsus yer tutur. Adətən, çalışan insanlar işə tələsdikləri üçün səhər yeməyindən imtina edirlər. Valideynlər özləri işə ac getməklə yanaşı, uşaqlarını da bağçaya, məktəbə ac göndərirlər. Bu, qətiyyən yolverilməz haldır. Səhər yeməyində protein, karbohidrat və yağ qəbul edilməlidir. Yaxşı olardı ki, səhər menyusunda yumurta, kəsmik, qaymaq və digər süd məhsullarına üstünlük verilsin. Sıyıq, kərə yağı, zeytun da bu səhər yeməyi üçün faydalı ərzaqlardır. Günorta yeməyində isə proteinə üstünlük verilməlidir. Bu öyünün menyusu tərtib edilərkən ət, toyuq, balıq məhsullarına üstünlük verilməsi məqsədəuyğundur. Həftədə iki dəfə balıq əti əsas yeməklərin tərkibində olmalıdır. Ətin yanında isə müxtəlif qarnir və şorbalardan istifadə etmək olar. Əslində, yemək seçimi zamanı alternativlərin sayı
[1] 2 3 >>
Cəmi 588 nəfər oxuyub
Bəyənən (88) | Bəyənməyən (85)
Dostlarınla Paylaş

Saytda 58 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024