Sağlam arıqlama

Sağlam arıqlama


Müsahibimiz bildirdi ki, ailənin günlük menyusunu əvvəlcədən tərtib etmək lazımdır: "Əslində, hər gün səhər, günorta, axşam yeməyinin vaxtında yeyilməsi mütləqdir. Bunların içərisində səhər yeməyi özünəməxsus yer tutur. Adətən, çalışan insanlar işə tələsdikləri üçün səhər yeməyindən imtina edirlər. Valideynlər özləri işə ac getməklə yanaşı, uşaqlarını da bağçaya, məktəbə ac göndərirlər. Bu, qətiyyən yolverilməz haldır. Səhər yeməyində protein, karbohidrat və yağ qəbul edilməlidir. Yaxşı olardı ki, səhər menyusunda yumurta, kəsmik, qaymaq və digər süd məhsullarına üstünlük verilsin. Sıyıq, kərə yağı, zeytun da bu səhər yeməyi üçün faydalı ərzaqlardır. Günorta yeməyində isə proteinə üstünlük verilməlidir. Bu öyünün menyusu tərtib edilərkən ət, toyuq, balıq məhsullarına üstünlük verilməsi məqsədəuyğundur. Həftədə iki dəfə balıq əti əsas yeməklərin tərkibində olmalıdır. Ətin yanında isə müxtəlif qarnir və şorbalardan istifadə etmək olar. Əslində, yemək seçimi zamanı alternativlərin sayı çoxdur. Sadəcə olaraq, bu haqda əvvəlcədən fikirləşmək lazımdır. Günorta və axşam yeməklərində xüsusilə bol tərəvəzli salatlardan istifadə edilə bilər. Xanımlar menyu tərtib etməkdə çətinlik çəkirlərsə , "boşqab” modelindən istifadə edə bilərlər. Belə ki, günorta və axşam yeməyində boşqabın yarısı tərəvəz, qalan yarısında isə ət və digər məhsullar ola bilər”.



Dietoloq deyir ki, hər şey düzgün planlaşdırmadan asılıdır: "O ki qaldı axşama nə bişirməyə, əslində, bu, hər kəsin öz yaradıcılığından asılıdır. Əslində, axşama müxtəlif çeşiddə yemək hazırlamaq mümkündür. Şorba, yaxud salatlar seçimlər arasında ola bilər. Önəmli olan, düzgün qidalanma planının tərtib edilməsidir. Axşam
[1] 2 >>
Cəmi 554 nəfər oxuyub
Bəyənən (91) | Bəyənməyən (88)
Dostlarınla Paylaş

Saytda 172 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024