Herbalife ilə arıqlama

Herbalife ilə arıqlama


Uzun muddət idi ki, yeməyimə fikir vermirdim və orqanizmimi hər gün fast food, müxtəlif ədviyyatlı çipslər, duzlu krekerlərə və s. bu kimi ləzzətli, lakin ziyanlı yeməklərə öyrəşdirmişdim. Ona görə də çəkim həmişəkindən daha çox artmişdi və 73 kq olmuşdum. Artıq həmişə geyindiyim paltarlar əynimə olmurdu, olanlar isə çox eybəcər görünürdu. Beləliklə depresiya hallarım çoxaldı və nəhayət artıq qabağıma məqsəd qoydum ki, ARIQLAMALIYAM.

Artıq həmişəkindən çox kökəldiyim üçün özümün tutduğum pəhrizlərə səbrim yox idi. Ona görə neçə müddət idi ki, sosial şəbəkələrdə reklamı gedən Herbalife məhsulları ilə maraqlanmağa başladım. Həmin ərəfələrdə bir neçə tanışın da məhz Herbalife məhsulları ilə arıqladığını eşitdim və beləcə fikrimi qətiləşdirdim.
Haqqında danışdığım period keçən ilin yaz aylarına, daha dəqiq desək, aprel və may aylarına təsadüf edir. Beləliklə tanışlar vasitəsilə Gənclik metrosu yaxınlığında, 200 nömrəli məktəbin arxasında yerləşən Herbalife arıqlama klubuna yazıldım. Beləliklə, 2 ay ərzində 73 kq-dan 56 kq-a düşdüm. Əlbəttə ki, gözəl nəticədir. Birincisi onu deyim ki, heç bir ziyanını, fəsadını görmədim. Əksinə, düzgün və sağlam qidalanma sayəsində bir sıra narahatçılıqlarım getdi. Misal üçün, mədəmdə turşuluq tam yox oldu, qanım və şəkərim həmişə normadan aşağı olub, amma arıqladıqdan sonra yoxlatdlranda özüm şahidi oldum ki, qanım da, şəkərim tam normadadır, tənbəllik, bütün günü halsız vəziyyətim aktivlik və gümrahlıqla əvəz olundu.

Burada ilk gündən pəhriz kimi bir sıyahı verdilər ki, rejimlə, gündə 5 dəfə ancaq siyahıdakı yeməklərlə qidalanmaq olar. Bəzi yeməklərdən isə tam imtina etmək lazımdır. Misal üçün, kartof, kərə yağı, makaron və un məmulatları, banan və
[1] 2 >>
Cəmi 626 nəfər oxuyub
Bəyənən (96) | Bəyənməyən (108)
Dostlarınla Paylaş

Saytda 82 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024