Təzyiqi düşürmək üçün dərmanlar

Təzyiqi düşürmək üçün dərmanlar


Həbləri bədən saatınıza uyğunlaşdırın

Müxtəlif dərmanların, o cümlədən ürək həblərinin günün müəyyən vaxtlarında qəbul edildikdə daha yaxşı işləyə biləcəyinə dair sübutlar mövcuddur.

Yüksək təzyiqə qarşı həblərin təsiri 19 mindən çox insan üzərində yoxlanışdan keçirilib.

İspaniyada keçirilmiş araşdırmada:

Xəstələr iki qrupa ayrılıb - bir qrup həbi səhər qəbul edib, digər qrup isə yataqda qəbul edib.
Tədqiqatçılar növbəti beş və ya daha çox il ərzində xəstələri nəzarət altında saxlayıblar.
Dərmanı axşamlar qəbul edən xəstələrin infarkt, insult və ya ürək çatışmazlığından ölmək riski yarıbayarı azalıb.
pill box
ŞƏKLİN MƏNBƏYİ,GETTY IMAGES
İnsanın istirahət etdiyi və yuxuladığı gecə vaxtı qan təzyiqi təbii sürətdə düşməlidir.

Ekspertlərə görə, əgər bu baş vermirsə və təzyiq yüksək qalırsa, bu hal insanda infarkt və insult riskinin artmasına gətirib çıxara bilər.

Tədqiqatın nəticələrinə görə, axşam saatlarında dərmanın qəbul edilməsi yüksək təzyiq diaqnozlu xəstələrdə gecələr qan təzyiqini nəzarətdə saxlamağa imkan verir.

Tədqiqat zamanı gecə yuxusundan əvvəl dərman qəbul edən xəstələrin qan təzyiqi dərmanı səhərlər qəbul edənlərlə müqayisədə nəticədə daha aşağı olub.

Vigo Universitetindən olan aparıcı tədqiqatçı, professor Ramon Hermida həkimlərin xəstələrə bu qaydanı tövsiyə edə biləcəklərini qeyd edib: "Bu, tamamilə pulsuzdur. Çox sayda insanın həyatını xilas edə bilər".

Aspirin haqqında 5 suala cavab
Britaniya alimləri: xərçəng müalicə edilə bilər
O qeyd edib ki, bu nəticənin müxatəlif qrup xəstələr və müxtəlif növ qan təzyiqi əleyhinə dərmanlara şamil ediləcəyini yoxlamaq üçün növbəti tədqiqatlar keçirilməlidir.

Britaniya Ürək Fondundan Vanessa Smith bu
[1] 2 >>
Cəmi 615 nəfər oxuyub
Dostlarınla Paylaş

Saytda 89 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023