Azərbaycanda hərbi xidmət mütdəti artırılırmı?

Azərbaycanda hərbi xidmət mütdəti artırılırmı?


hərbi ekspert Ədalət Verdiyev deyib.

Ekspert bildirib ki, Azərbaycan yaxın illərdə peşəkar ordu istiqamətində daha ciddi addımlar atacaq:

“Hazırda Azərbaycanda hərbi müddətin artırılması üçün hansısa addımlarda, hansısa qanunvericilik aktlarında dəyişiklik ediləcəyini düşünmürəm. Bilirsiniz ki, əksinə olaraq Azərbaycan yaxın illərdə peşəkar ordu istiqamətində addımlarını artıracaq, o cümlədən ordunu kompakt, lakin keyfiyyət göstəricilərini daha üst səviyyəyə çıxarmaq üçün çalışacaq. Bu addımlar peşəkar ordu yaradıcılığının bir hissəsi olacaq.

Azərbaycan Silahlı Qüvvələrində döyüş hazırlıq səviyyəsini təyin edən vəzifələrə həqiqi hərbi xidmətə çağırılan əsgərlər əvəzinə müddətdən artıq xidmət edən hərbi qulluqçular təyin edilir. Bu isə peşəkarlıq baxımından Azərbaycan Silahlı Qüvvələrinin tələbatını ödəmək üçün kifayət edir”.

Qeyd edək ki, hazırda ölkəmizdə orta təhsilli şəxslər 1 il 6 ay, ali təhsilli şəxslər isə 1 il müddətində hərbidə xidmət edirlər.
Cəmi 761 nəfər oxuyub
Bəyənən (143) | Bəyənməyən (128)
Dostlarınla Paylaş

Saytda 32 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024