Qız uşaqlarına qoyulan qeyri adi adlar

Qız uşaqlarına qoyulan qeyri adi adlar


Ədliyyə Nazirliyinin məlumatlarına görə bu ilin yanvar ayı ərzində oğlan uşaqlarına qoyulan adlar arasında nisbətən fərqli olan Raul (24), Fateh (14), Onur (12) kimi adlar qoyulub.

Oğlan uşaqlarına əsasən, bütün zamanlarda daha çox verilən adlar verilir. Qız uşaqlarına verilən adların siyahısında isə yaradıcı, yeni adlar daha yer alıb. Belə ki, yanvar ayı ərzində Azərbaycanda doğulan 5 qıza Milana, 14 qıza Miray, 20 qıza isə, Nilay adı verilib.

Bundan başqa yanvar ayında qız uşaqlarına qoyulan adların siyahısında Nur (21), Banu (37), Aysu (32), Əsma (26), Damla (18), Əsnad (13), Duyğu (12), Mehin (11), Sevgi (11), Məsumə (11), Elif (8), Safiya (7), Sofiya (7), İlknur (6), Nihan (6), Selin (6), Səmra (6), Emiliya (5), Emilya (5) kimi adlar yer alıb.
Cəmi 597 nəfər oxuyub
Bəyənən (112) | Bəyənməyən (120)
Dostlarınla Paylaş

Saytda 54 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023